Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1016/2020 23.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun, Zərər çəkmiş şəxs X5, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X20 oğlunun iştirakı ilə Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs oğlu xx xxxx 2020ci il tarixdə Yevlax şəhəri S.Əsgərov küçəsi ev 7-də yaşayan X5 həyətindən 1 ədəd qaz dopusu və 1 ədəd qaz sobası, xx xxxxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri S.Əsgərova küçəsi ev 19-da yaşayan X2 həyətindən 1 ədəd su nasosu və digər əşyaları və xx xxxxxxx 2020-ci il tarixdə Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 8-də yaşayan Şərifxanova Hökümə Ramiz qızının həyətindən ona məxsus 1 ədəd su matorunu oğurlamışdır. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Bununla bağlı Şəxs oğlunun barəsində inzibati xətaya dair protokollar tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X14 izah etdi ki, Yevlax şəhəri Q.B.zakir küçəsi ev 8-də yaşayan Şərifxanova Hökümə Ramiz qızı xx xxxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək fərdi yaşayış evinin həyatyanı sahəsindən işlənmiş 1 ədəd su matorunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə məlumat vermiş, Yevlax şəhəri S.Əsgərova küçəsi ev 14-də yaşayan X3 evindən su nasosunun və digər əşyalarının oğurlanması barədə xx xxxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” Xidməti-X19 müraciət etmiş və Yevlax şəhəri S.Əsgərova küçəsi ev 7-də yaşayan X9 xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə müraciət edərək xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə yaşadığı evin həyətindən 1ədəd 18 manat dəyərində olan qaz dopusunun və 1 ədəd 18 manat dəyərində olan iki gözlü qaz sobasının naməlum şəraitdə oğurlanması barədə məlumat vermişdir. Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxxxx 2020-ci il tarixli, xx xxxxxxxx 2020ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli qərarları ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarların surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izah etdi ki, heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir. Özünü dolandırmaq məqsədi ilə ayrı-ayrı vaxtlarda Yevlax şəhəri S.Əsgərov küçəsi ev 7-dən 1 ədəd qaz dopusu və 1 ədəd qaz sobası, Yevlax şəhəri S.Əsgərova küçəsi ev 19-dan 1 ədəd su nasosu və Yevlax şəhəri Q.B.Zakir küçəsi ev 8-dən 1 ədəd su matorunu oğurlamışdır. Həmin əşyaları tanımadığı şəxslərə satmışdır. Ziyanın qiymətləndirilməsi ilə razıdır. Zərəçəkmiş şəxslərə dəymiş ziyanı gələcəkdə ödəyəcəkdir. Hazırda törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 izah etdi ki, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə yaşadığı evin həyətindən 1ədəd 18 manat dəyərində olan qaz dopusunun və 1 ədəd 18 manat dəyərində olan iki gözlü qaz sobasının oğurlanması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat vermişdir. Hazırda dəymiş ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər zərər çəkmiş şəxslər X6 və Şərifxanova Hökümə Ramiz qızı xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs oğlunun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X15 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin baş yəhqiqatçısı, polis mayoru X16 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli və Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X10 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2020-ci il, qərarları, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X20 oğlu tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li və xx xxxxxx 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokollar ilə və işin digər materialları ilə tam təsdiq edilmişdir İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs oğlu inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 17:45-dən inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Yevlax “xxxx” ASC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 069 saylı arayışından məlum olur ki, 1 ədəd qaz dopusunun bu günki bazar qiyməti 18 (on səkkiz) manat və 1 ədəd 2 gözlü qaz sobasının bu günki bazar qiyməti 18 (on səkkiz) manat təşkil edir. İşə əlavə edilmiş Yevlax “xxxx” ASC-nin xx xxxxxxx 2020-ci il tarixli, 090 saylı arayışından məlum olur ki, 1 ədəd işlənmiş “Aqabel” markalı su matorunun bugünki bazar orta satış qiyməti 40 manat təşkil edir. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Maddə 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir necə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətinə aitdirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Maddə 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizli) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Maddə 34.4. Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyətindədirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Maddə 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə, Şəxs oğlunun törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, zərə çəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 17:45-dən hesab edilsin. Şəxs oğlundan 40 manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs Şərifxanova Hökümə Ramiz qızına ödənilsin. Şəxs oğlundan 36 manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs X17 oğluna ödənilsin. Şəxs oğlundan 45 manat məbləğində ziyan alınıb zərər çəkmiş şəxs X4 ödənilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1016/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1016/2020
23.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver