Məhkəmə qərarları › İş №3(039)-1017/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1017/2020

24.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1017/2020 24.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Ağcabədi rayonu Yuxarı Avşar kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da Yevlax şəhəri Nizami prospektində Yevlax Rayon Polis Şöbəsinin qarşısında ünvansız ucadan nalayiq ifadələr işlətməklə ictimai qaydaları pozmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsində nəzərdə tutulmuş, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər törətmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Xəyal Səlimli bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis serjantı Elnur Musayev xidmətdə olarkən saat 19:00 radələrində Yevlax şəhəri Nizami prospektində Yevlax Rayon Polis Şöbəsinin qarşısında bir nəfər şəxs ünvansız, ucadan nalayiq ifadələr işlətməklə ictimai qayda pozuntusu törətmişdir. Polis əməkdaşı dərhal həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin həmin şəx onun qanuni tələblərinə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirdiyi üçün həmin şəxs polis şöbəsinə gətirilmişdir. Bundan sonra Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis serjantı X4 Rayon Polis Şöbəsinə raportla müraciət etmişdir. Raporta əsasən həmin şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs bildirdirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 19 radələrində Yevlax Rayon Polis Şöbəsinin qarşısında olarkən taksi sürücüsü ilə mübahisə etmiş, mübahisə zamanı əsəbi olduğundan nalayiq ifadələr işlətmişdir. Hazırda səhvini başa düşür və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin polis serjantı Musayev Elnur Göyüş oğlu şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə xidmətdə olarkən saat 19:00 radələrində Yevlax şəhəri Nizami prospektində Yevlax Rayon Polis Şöbəsinin qarşısında bir nəfər şəxs ünvansız, ucadan nalayiq ifadələr işlətməklə ictimai qayda pozuntusu tərətmişdir. O, dərhal həmin şəxsə yaxınlaşaraq onu nizam-intizama dəvət etmiş, lakin həmin şəxs onun tələblərinə tabe olmayaraq öz qanunusuz hərəkətlərini davam etdirdiyi üçün həmin şəxs tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra o, Yevlax Rayon Polis Şöbəsinə raportla müraciət etmişdir. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahidin ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Əmirxan Namazov tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-dan inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin tətbiqini kifayət saymayaraq inzibati həbs tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 4 (dörd) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs tutulduğu vaxtdan yəni xx xxxxxx 2020-ci il tarixdən saat 19:00-dan hesab edilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkil Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar