Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1019/2020 25.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Şəxs-1949-cü ildə Yevlax rayonu Aşağı Salamabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, təqaüdçü, Yevlax rayonu Aşağı Salamabad kəndində yaşayan. Onun barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəməyə təqdim olunan protokolda qeyd olunur ki, Şəxs 2020-ci ilin yaz ayında yaşadığı Yevlax rayonu Salamabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını qanunsuz olaraq əkib becərmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası (əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanılması) inzibati xətasını törətmişdir. Polis sahə rəisi, polis kapitanı Yunis İsmayılov izah etdi ki, Şəxs 2020-ci ilin yaz aylarında yaşadığı Yevlax rayonu Salamabad kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik tərkibli çətənə kollarını qanunsuz olaraq əkib becərmişdir. Bununla əlaqədar Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə inzibati xəta hadisəsi baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, təqaütçüdür, narkotik vasiyə olan qurudulmuş marexuanadan istifadə edir. Təxminən 2020-ci ilin yaz ayında yaşadığı Yevlax rayonu Aşağı Salamabad kəndində küçədən nəşə ağacının toxumunu tapmış və həmin toxumu yaşadığı evin həyətində əkmiş, əkdiyi toxuma mütamadi olaraq xüsusi aqro texniki qaydada qulluq etmişdir. Əməlindən peşman olmasını bildirdi. Şəxs həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X3 xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə və Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Belə ki, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X3 xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmiş və qərarın qəbul olunduğu vaxtdan üç aydan artıq müddət keçmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs həmin inzibati xətanı törətməsi sübuta yetirilsədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3, 128.2.1 və 129-cu maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1019/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1019/2020
25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver