Məhkəmə qərarları › İş №3(039)-102/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-102/2020

14.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-102/2020 14.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs–xx.xx.1984-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax şəhəri İnşaatçılar küçəsi ev 50-də yaşayann. Şəxs barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Yevlax şəhəri H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu barədə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X8 bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində BMV markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomaşınla Yevlax şəhəri H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində polis baş serjanti X5 ilə xidmətdə olan polis baş serjantı X3 VAZ 21011 markalı ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil işıqforun qırmızı dayan tələbini pozduğuna görə tərəfindən sürücünü saxla işarəsi verilmişdir. Şəmi Yunisov özünü sürücüyə təqdim edərək törətdiyi yol hərəkəti pozuntusunu ona izah etmiş və özünə avtomaşına məxsus sənədlərini təqdim etməsini tələb etmişdir. Sürücü öz hərəkətlərini davam etdirdiyi üçün məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin YPXİ-ru, polis baş serjantı X1 Rayon Polis şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində Yevlax şəhəri H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində Yevlax Rayon YPX-nin əməkdaşları ona yaxınlaşaraq ondan idarə etdiyi avtomobilin sənədlərini tələb edərkən aralarında anlaşılmamazlıq olmuş, o, sənədləri təqdim etməkdən imtina etmişdir. Səhvini başa düşür, törətdiyi inzibati xətadan səmimi peşmandır. Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin YPXİ-ru, polis baş serjantı X6 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində BMV markalı ** YP *** dövlət qeydiyyat nişanlı avtomaşınla Yevlax şəhəri H.Əliyev prospekti ilə Nizami prospektinin kəsişməsində polis baş serjanti X5 ilə xidmətdə olarkən, VAZ 21011 markalı ** BH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil işıqforun qırmızı dayan tələbini pozduğuna görə tərəfindən sürücünü saxla işarəsi verilmişdir. O, özünü sürücüyə təqdim edərək törətdiyi yol hərəkəti pozuntusunu ona izah etmiş və özünə avtomaşına məxsus sənədlərini təqdim etməsini tələb etmişdir. Sürücü öz hərəkətlərini davam etdirdiyi üçün məcburi qaydada Yevlax Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində həmin şəxsin Yevlax şəhəri İnşaatçılar küçəsi ev 50-də yaşayan Şəxs olması müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin YPXİ-ru, polis baş serjantı X5 məhkəmə iclasında şahid Şəmi Yunisovun verdiyi ifadəni təsdiq edərək eyni məzmunlu ifadə verdi. Onun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahidlərin ifadələri, Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin YPXİ-ru, polis baş serjantı X6 xx xxxxxx 2020-ci il tarixli raportu, Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X8 tərəfindən tərtib edilmiş MN ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolla və işin digər materialları ilə tam təsdiq edilmişdir. xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 10:20-dən inzibati qaydada tutulmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, şahidlərin ifadələrini, Yevlax rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı X4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və o, inzibati tənbeh edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmançılıq çəkməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngüləşdirən hal nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbehinin təyin edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: xx.xx.1984-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri İnşaatçılar küçəsi ev 50-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar