Məhkəmə qərarları › İş №3(039)-102/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-102/2025

08.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-102/2025 08.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X7 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş MN ******* saylı 08 yanvar 2025-ci il tarixli protokolda qeyd olunur ki, xx.xx.2024-cü tarixdə saat 12.30 radələrində Şəxs X4 məxsus Samsung A12 markalı mobil telefonu Oba marketdə çantasına qoyaraq aparmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X9 protokolun məzmununa uyğun çıxış etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki telefonu özündən asılı olmuyan səbədən yerə düşdüyünü görərərk götürmüş ətafda telefonun sahibini görmədiyi üçün və birazda həyacanlı olduğundan telefonu götürərək evə gətirmiş, telefona zəng gəldiyini görüb ətrafdakıların onu yanlış anlayacaqlarını düşünərək telefonu yaxınlıqdakı kanalizasiyaya tullamışdır. Şəxs məhkəməyə ərizə təqdim edərək zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödədiyini və barəsində olan icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X1 Mahizər Məmməd qızından şikayətçi olduğunu, Oba marketdən oğurluq etməsinə dair kamera görüntülərinində olduğunu bildirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X8 məhkəməyə ərizə təqdim edərək, ona dəymiş olan ziyan tam şəkildə ödənilmiş, ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhəmə iclasında tədqiq edilən: MN ******* saylı 08 yanvar 2025-ci il tarixli protokolda qeyd olunur ki, xx.xx.2024-cü tarixdə saat 12.30 radələrində Şəxs X4 məxsus Samsung A12 markalı mobil telefonu Oba marketdə çantasına qoyaraq aparmışdır. 16 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından xitam verilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında icraata başlama haqqında qərardan görünür ki, Şəxs tərəfindən vurulmuş zərərin qiyməti 90-100 manat dəyərindədir Məhkəmə iş materiallarını araşdıraraq zərər çəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və Yevlax rayon polis şöbəsinin sahə rəisinin izahatını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 39.2. Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası İXM-nin 39, 114.2, 114.2.1, 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə baxılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə, Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar