Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1021/2020 26.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlunun, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X12 oğlunun iştirakı ilə, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs oğlu xx xxxxxx 2020-ci il tarixdə saat 17:50-də X4 məxsus “3 Qardaş” adlanan mağazadan 2 ədəd “jilet” üzqırxan və 1 ədəd dezodarant oğurlamışdır. Bununla da, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş, yəni xırda talama oğurlama, mənimsəmə, israfçılıq qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon polis şöbəsinin İTB-nin sahə rəisi polis mayoru X8 izah etdi ki, Yevlax şəhəri M.Hüseynzadə küçəsi ev 43-də yaşayan X6 xx xxxxxx 2020-ci il tarixdə Yevlax Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2020-ci ilin dekabr ayının 24-də saat 17:50 radələrində şəhərin Nəsimi küçəsi 1 nömrəli ünvanında yerləşən “3 Qardaş” adlanan özünə məxsus maqazasından üzdən tanıdığı Surac adlı şəxs maqazadan ümumi dəyəri 40 manat olan bir ədəd “dezodorant” və 2 ədəd “jilet” markalı üzqırxan alətini oğurlanması barədə məlumat vermişdir. Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarların surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı Şəxs törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xətaya görə, ayrı-ayrılıqda inzibati protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izah etdi ki, heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir. Ehtiyyacı olduğundan xx xxxxxx 2020-ci il tarixdə “3 Qardaş” adlan mağazadan bir ədəd “dezodorant” və 2 ədəd “jilet” markalı üzqırxan alətinini oğurlamışdır. Həmin əşyaları elə həmin gün zərəçəkmiş şəxsə qaytarmışdır. Hazırda törətdiyi inzibati xətaya görə səmimi peşmandır. X7 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, Vüsal Nəbiyev onun qardaşıdır, xx xxxxxx 2020-ci il tarixdə mağazaya gələrkən oğurluq hadisəsinin şahidi olmuşdur. Video görüntü zamanı üzdən tanıdığı Suracın mağazadan bir ədəd “dezodorant” və 2 ədəd “jilet” markalı üzqırxan alətinini oğurladığını görmüşdür. Həmin əşyaları Surac qardaşım Vüsala qaytarmışdır. Lakin o, həmin oğurluq hadisələrini dəfələrlə etdiyi üçün qardaşı Vüqar və o, Surac barəsində qanuni tədbir görülməsini xahiş etdi. Şəxs oğlunun həmin inzibati xətanı törətməsində təqsiri özünün etirafı, şahid ifadəsi, Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarı, Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X12 oğlu tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokollar ilə və işin digər materialları ilə tam təsdiq edilmişdir İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs oğlu inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-dan inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublıikası İnzibati Xətalar Məcəlləsi: Maddə 227. Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Maddə 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Maddə 36.1. İnzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə, Şəxs oğlunun törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alıb hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbehinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 34, 40, 43, 48-51, 114, 115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni xx xxxxxx 2020-ci il tarixdən saat 18:30-dan hesab edilsin. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs oğluna Yevlax şəhər Vəkil Bürosunun vəkil Məmmədov Fərhad Möhübbət oğlunun göstərdiyi 3 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Məmmədov Fərhad Möhübbət oğluna ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1021/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1021/2020
26.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver