Məhkəmə qərarları › İş №3(039)-1022/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1022/2020

26.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1022/2020 26.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X5, Barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Məmmədov Fərhad Möhübbət oğlunun iştirakları ilə, Şəxs– xx.xx.1975-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhərində Ü.Hacıbəyov küçəsi ev 167-də yaşayan. Onun barəsində Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim edilmiş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə gecə saatlarında ünvan 1 ünvanında yaşayan X7 məxsus su nasosunu və gidrafonu oğurlamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Qurban Qasımov izah etdi ki, xx xxxxxxx 2020-ci il tarixdə ünvan 1-də yaşayan X3 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixə keçən binanın heyətində olan yardımı tikilidən 1 ədəd su matorunu və 1 ədəd su gidrafonunu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Bununla əlaqədar Yevlax Rayon Polis Şöbəsində Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, toplanmış material üzrə xırda talama inzibati xətası baş verdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Bundan sonra inzibati xətanı X6 törətməsi müəyyən olunduğundan barəsində tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir. ünvan 1 ünvanında yaşayan X7 məxsus su nasosunu və gidrafonu oğurlamamışdır. Yevlax Rayon Polis Şöbəsində qorxduğundan və çəkindiyindən etmədiyi oğurluq hadisəsini boynuna almışdır. İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində cinayət işinin başlanması əməlində cinayət tərkibi olmadığından rədd edilmiş və onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə iclası zamanı Şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair kifayət qədər sübut məhkəməyə təqdim edilməmiş və Şəxs öz izahatında su nasosunu və gidrafonu oğurlamasını etiraf etməmişdir. İnzibati Xətalar Məcəlləsi: Maddə. 53.0.2 və 105.1. İnzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş şəxs Surac X1 məxsus su nasosunu və gidrafonu oğurlaması barədə kifayət qədər sübut olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar