Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1023/2024 19.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkar) X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2764/2023 saylı və xx.xx.2024-cü il tarixli, 2(039)-313/2024 saylı icra sənədlərindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 2764/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 3996 (üç min doqquz yüz doxsan altı) manat borc və 60 (altmış) manat dövlət rüsumu alınıb X4 və Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-313/2024 saylı icra vərəqəsinə əsasən 3900 (üç min doqquz yüz) manat pul və 59 (əlli doqquz) manat dövlət rüsumu alınıb X6 verilməlidir. İcra vərəqələri Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. Lakin borclu icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınmış, qaçıb gizlənmiş və buna görə də onun barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixdə Şəxs saxlanılaraq Yevlax rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2764/2023 saylı icra sənədi üzrə 1000 (bir min) manat ödəniş etmiş, tələbkar tərəfindən həmin məbləğ qəbul edilmiş və borclu qalan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin digər icra sənədi üzrə borclu tərəfindən ödəniş edilməmişdir. Borclu icra sənədlərinin icrasından qəsdən və qərəzli olaraq yayındığına və qaçıb gizləndiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inibati məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2764/2023 saylı icra vərəqəsinə əsasən ondan 3996 (üç min doqquz yüz doxsan altı) manat borc və 60 (altmış) manat dövlət rüsumu alınıb X4 və Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-313/2024 saylı icra vərəqəsinə əsasən 3900 (üç min doqquz yüz) manat pul və 59 (əlli doqquz) manat dövlət rüsumu alınıb X6 verilməlidir. İcra vərəqələri Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı ona bildirişlər verilmişdir. Uşağı xəstə olduğuna və maddi imkanı olmadığına görə icra sənədlərində göstərilən tələbləri icra etməsi mümkün olmamışdır. İcra sənədləri üzrə borclarını ödəyə bilmək məqsədi ilə işləmək üçün Bakı şəhərinə getmiş və bu səbəbdən icra məmurunun çağırışlarına gələ bilməmişdir. xx.xx.2024-cü il tarixdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2764/2023 saylı icra sənədi üzrə 1000 (bir min) manat ödəniş etmiş, tələbkar tərəfindən həmin məbləğ qəbul edilmiş və tələbkarla qalan borcunu hissə-hissə ödəyəcəyini barədə razılığa gəlmişlər. Digər icra sənədi üzrə də borcunu ödəməkdən boyun qaçırmır və həmin icra sənədi üzrə də ödəniş edəcəkdir. Qeyd edilənlərin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X7 verdiyi izahatında göstərmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2764/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 3996 (üç min doqquz yüz doxsan altı) manat borc və 60 (altmış) manat dövlət rüsumu alınıb ona verilməlidir. İcra vərəqəsi Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin icrasından qəsdən və qərəzli olaraq yayınmış, qaçıb gizlənmiş və buna görə də onun barəsində axtarış elan edilmişdir. O özü də dəfələrlə borcluya borcunu hissə-hissə ödəməyi təklif etmiş, lakin borclu icra sənədinin icrasından müxtəlif bəhanələrlə yayınmışdır. Buna görə də, borclunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək, məhkəməyə verilmişdir. xx.xx.2024-cü il tarixdə borclu tərəfindən ona 1000 (bir min) manat ödəniş edilmiş, həmin məbləği qəbul etmiş və borclu ilə qalan borcun hissə-hissə ödənilməsinə dair razılığa gəlmişlər. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayəti yoxdur. Qeyd edilənlərin nəzərə alınaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs (tələbkar) X9 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə onun tərəfindən hər hansı məlumat və ya vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)- 2764/2023 saylı icra vərəqəsindən görünür ki, Şəxs 3996 (üç min doqquz yüz doxsan altı) manat borc və 60 (altmış) manat dövlət rüsumu alınıb X4 verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2764/2023 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-313/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs 3900 (üç min doqquz yüz) manat pul və 59 (əlli doqquz) manat dövlət rüsumu alınıb X6 verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarından və bildirişdən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-313/2024 saylı icra vərəqəsi icraata qəbul edilmiş və borclu Şəxs icranı 10 (on) gün müddətində könüllü təmin etməsi təklif edilmişdir. İşdə olan Şəxs tərəfindən Yevlax rayon İcra və Probasiya Şöbəsinə verilmiş xx.xx.2024-cü il tarixli izahatından görünür ki, icra məmuru tərəfindən borcluya Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət izah edilmişdir. İşdə olan Yevlax Rayon Polis Şöbəsi tərəfindən Yevlax rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3/400652 saylı məktubdan görünür ki, xx.xx.2024-cü il tarixdə Yevlax RPŞ-nin İTB-i tərəfindən Şəxs barəsində 400652 saylı axtarış işi açılmışdır. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2764/2023 saylı və xx.xx.2024-cü il tarixli, 2(039)-313/2024 saylı icra sənədləri bir icraatda birləşdirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs həmin tarixdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2764/2023 saylı icra sənədi üzrə tələbkara 1000 (bir min) manat ödəmişdir. “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul etməlidir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş - borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmçinin icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2764/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 3996 (üç min doqquz yüz doxsan altı) manat borc və 60 (altmış) manat dövlət rüsumu alınıb X4 və Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-313/2024 saylı icra vərəqəsinə əsasən 3900 (üç min doqquz yüz) manat pul və 59 (əlli doqquz) manat dövlət rüsumu alınıb X6 verilməlidir. İcra vərəqələri Yevlax rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərarlar qəbul olunmuş və tələbin 10 gün müddətində könüllü icrası ilə bağlı borcluya bildirişlər göndərilmişdir. İcra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclunun barəsində axtarış elan edilmiş və xx.xx.2024-cü il tarixdə Şəxs saxlanılaraq Yevlax rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixdə borclu Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2764/2023 saylı icra sənədi üzrə 1000 (bir min) manat ödəniş etmiş, tələbkar tərəfindən həmin məbləğ qəbul edilmiş və borclu qalan borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Lakin digər icra sənədi üzrə borclu tərəfindən ödəniş edilməmişdir. Məhkəmə iclasında borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə qaçıb gizlənməsi, qəsdən və qərəzli olaraq icra sənədini icra etməməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi borclu Şəxs məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi və icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Yevlax rayon İcra və Probasiya Şöbəsinin 19 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-1023/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1023/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver