Məhkəmə qərarları › İş №3(039)-1024/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1024/2025

21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1024/2025 21.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X6, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon icra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 16(039)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində qeyd edilən tələbİ üzrlü səbəb olmadan icra etməmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmişdir. Məhkəmə iclasında Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X9 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, icra sənədi üzrə icraata başlanılmış, icra sənədinin icrası ilə əlaqədar tərəflərin ünvanına müvafiq qərar və bildiriş göndərilmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə borclu ilə birgə nikahlarından olan xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 iş üzrə zərərçəkmiş şəxsin faktiki yaşadığı ünvandan götürmüş, lakin daha sonradan analarına təhvil verməkdən imtina etmişdir. Şəxs tərəfindən icra sənədinin icrası tam təmin edilməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Lakin protokol baxılması üçün məhkəməyə göndərildikdən və xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasından sonra Şəxs könüllü şəkildə xx.xx.2018ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 anaları X2 təhvil vermişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, X7 ilə aralarında olan nikahın ləğvinə məhkəmə qaydasında baxılır, iş hal-hazırda Yevlax Rayon Məhkəməsinin icraatındadır. Günel İsmayılova ilə olan birgə nikahlarından 3 övladları var. xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X8 analarının yanında olduğundan iş üzrə müvəqqəti təmin tədbiri barədə ərizə ilə həmin uşaqlarla onun ünsiyyət hüququ təmin edilmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində övladlarına baş çəkərkən anaları Günel İsmayılovanın əmək fəaliyyətinə başlaması səbəbi ilə azyaşlı övladlarının qonşunun yanında olduğunu görmüş, bu haldan bir ata kimi narahatlıq hiss keçirərək uşaqları özü ilə aparmışdır. Azyaşlı övladlarını analarına təhvil verməməkdə niyyəti məhkəmə qərarının icrasından yayınmaq olmamışdır. xx.xx.2025-ci il tarixli məhkəmə iclasından sonra könüllü şəkildə uşaqları analarına təhvil vermişdir. Odur ki, o, icra vərəqəsində qeyd olunan tələbin icra edildiyini bildirərək onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 izahat verərək bildirmişdir ki, övladları xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X8 hal-hazırda onun yanındadırlar. İş üzrə icraata xitam verilməsinə etirazı yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X9 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 16(039)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədində icra sənədində qeyd edilən tələbi üzrlü səbəb olmadan icra etməmişdir; Yevlax Rayon Məhkəməsinin 16(119)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, müvəqqəti təminat tədbiri olaraq Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-3207∕2024 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ərizəçi Şəxs xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə və bazar günü saat 11:00-dan saat 17:00-dək ünsiyyətdə olması, uşaqların həmin gün saat 17:00-da Şəxs tərəfindən X2 təhvil verilməsi qərara alınmışdır. “İcraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Yevlax Rayon Məhkəməsinin16(039)-12/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmışdır; Zərərçəkmiş şəxs X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Şəxs tərəfindən könüllü olaraq azyaşlı uşaqlarının ona geri qaytarıldığını bildirmiş və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528-ci maddənin qeydinə əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmə inzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qanunun müddəasına görə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Şəxs isə icra sənədi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə icra sənədi üzrə olan tələb məhkəmə qərar qəbul edənədək icra edildiyindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və Şəxs inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar