Məhkəmə qərarları › İş №3(039)-1025/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-1025/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-1025/2024 08.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 496.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gəncə Gömrük İdarəsi "xxxx" MMC-nin barəsində İXM-in 496.1-ci maddəsi ilə EP ******* nömrəli 19 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC barəsində İXM-in 496.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan aydın olduğu kimi, xx.xx.2024-cü il tarixdə “Mazımqara” gömrük postundan keçməklə ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin adına İsrail Respublikasından idxal olunan və TR007GE/TR077G nömrə nişanlı nəqliyyat vasitəsində daşınan “Quşçuluq avadanlığının hissələri” (sökülmüş halda) yükü xx.xx.2024-cü il tarixdə, **********0509 sorğu nömrəli gömrük bəyənnaməsi ilə “Müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilərək 4 ay müddətində saxlanca götürülmüş, lakin saxlanc müddəti sona çatsada mallar MMC tərəfindən müvafiq gömrük proseduru altında yerləşdirilməməsi faktı aşkar olunmuşdur. Məhkəmənin elektron sistemindən çıxarılmış "xxxx" MMC barəsində vergi ödəyicilərinin məlumatından, habelə sözügedən protokoldan da göründüyü kimi, həmin hüquqi şəxsin hüquqi ünvanı ünvan 2 qeyd edir ki, sözügedən inzibati xətanın hərəkətsizliklə törədilməsi nəzərə alınmalı və hazırki inzibati xəta haqqında işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır yəni Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qaibov küçəsi, ev 12, məhəllə 1222 ünvanında qeydiyyatda olan "xxxx" MMC barəsində İXM-in 496.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, İXM-in: 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır; 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC-nin barəsində İXM-in 496.1-ci maddəsi ilə EP ******* nömrəli 19 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin barəsində İXM-in 496.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar