Məhkəmə qərarları › İş №3(039)-1027/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1027/2025

01.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1027/2025 01.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qanuni nümayəndən 30 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsinin binsında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 şikayət verərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qanuni nümayəndən 30 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X9 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qanuni nümayəndə X16 tərəfindən qəbul edilmiş M№ ******* nömrəli 30 may 2025-ci il tarixli qərarla ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 5000 (beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu barədə qərarın surətini o, 11 iyun 2025-ci il tarixdə almışdır. Adiyyati qurum 27 may 2025-ci il tarixdə 3-28-1/3-2-559/2025 nömrəli qərarla yoxlama keçirməsi nəzərdə tutulsa da, yoxlama keçirmədən (yoxlama keçirilmir) əsassız olaraq ona inzibati tənbeh vermə haqqında M№ ******* nömrəli 30 may 2025-ci il tarixli qərar qəbul edib onu 5000 manat pul məbləğində cərimə etmişlər. Hesab edir ki, qəbul edilmiş qərar əsassız və qanunsuzdur, hər hansı bir mütəbər sübuta və dəlilə əsaslanmır. Ona görə də, həmin qərarın əsassız oldğunu nəzərə alaraq ləvğ edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında X9 şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qanuni nümayəndən nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” X16 tərəfindən tərtib edilmiş xx.xx.20225-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X7” X16 tərfindən tərtib edilmiş M№ ******* nömrəli 30 may 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 5000,0 (beş min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X7” X16 tərəfindən göndərilmiş qərar, protokol, plandankənar yoxlama aktı, vahid məlumat reyestrindən çıxarış, izahat, teleqram və fotoşəkillərə əsasən məhkəmə iclasında müəyyən edilmişdir ki, Səhiyyə Nazirliyi X7” X11 plandankənar yoxlamanın həyata keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, 3-28- 1/3-2-559/2025 saylı qərarı əsasında X4 (VÖEN **********) məxsus olan obyektdə mərkəzin əməkdaşları tərəfindən həmin qərarda qeyd edilən halların müəyyən edilməsi məqsədi ilə 29-30 may tarixlərində yoxlama keçirilməsi qərara alınmış, Mərkəzin əməkdaşları tərəfindən X4 məxsus Yevlax rayonu Aran qəsəbəsi ünvanında yerləşən obyektdə yoxlama keçirilmiş, sahibkar tərəfindən xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə (stomatoloq) məşğul olduğu müəyyən edilmiş, bu barədə xx.xx.2025-ci il tarixli, 7-185 saylı akt və X12 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 30 may 2025-ci il tarixli, MN ******* nörməli inzibati tənbeh vermə haqqında qərara əsasən X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, X9 barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qanuni nümayəndə tərəfindən qəbul edilmiş 30 may 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə barədə qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X2 həmin qərarla İXM-in 210.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədib-törətməməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qanuni nümayəndə tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bununla şəxs məsuliyyətə lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olma kimi cəlb edilmişdir. Belə ki, bütün bu hallar orqan tərəfindən aydınlaşdırılmalıdır. Bundan başqa, X4 istinad edilən inzibati xətanın qeyd olunan tarixdə olubolmaması, yəni X2 tibb fəaliyyəti ilə (stomatoloq) məşğul olaraq həmin vaxt bu fəaliyyətlə məşğul olması faktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qanuni nümayəndə tərəfindən sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qanuni nümayəndə tərəfindən X1 tarixdə Yevlax rayonu Aran qəsəbəsi ünvanında yerləşən obyektdə tibb fəaliyyəti ilə (stomatoloq) məşğul olması, qeyd edilən obyektdə tibbi xidmət göstərməsini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, səlahiyyətli orqan Yevlax rayonu Aran qəsəbəsi ünvanında yerləşən obyektdə müştərilərin X4 tibb xidməti göstərməsi üçün müraciət etməsi, qeydiyyatda olan şəxslərin olması hallarını müəyyən etmədən X2 göstərilən obyektdə özəl tibbi (stomatoloq) fəaliyyətlə məşğul olması barədə əsassız nəticəyə gəlmişdir. Bundan başqa, sözügedən səlahiyyətli orqan X5 İXM-nin 210.1-ci maddəsilə məsuliyyətə cəlb etsə də, X2 xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə (stomatoloq) məşğul olması faktını özü bilavasitə aşkar etməmiş, obyektiv araşdırma aparmadan əsassız olaraq onu İXM-nin 210.1-ci maddəsilə inzibati məsuliyyətə cəlb etmişdir. Bu xüsusda məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən inzibati məsuliyyətə cəlb etmə ilə bağlı inzibati orqanın üzərinə düşən əsas vəzifə törədilmiş inzibati xətanın aşkar edilməsi və bu konteksdə obyektiv araşdırmanın aparılması, obyektiv araşdırma nəticəsində müəyyən olunmuş işin hallarına obyektiv hüquqi qiymətin verilməsindən ibarətdir. Lakin hazırki halda həm inzibati orqan tərəfindən bu şərtlər pozulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsində lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. «Özəl tibbi fəaliyyət haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıqı olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik müəssisələrlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş xüsusi razılıqda (lisenziyada) göstərilən işlər və xidmətlərdən kənar (ilkin tibbi yardım istisna olmaqla) tibb fəaliyyətinin həyata keçirilməsinə yol verilmir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən X1 vaxtda İXM-nin 210.1-ci maddəsində məsuliyyət müəyyən olunmuş xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi xidmət fəaliyyəti ilə məşğul olması məlumatı ilə bağlı obyektiv, tam və hərtərəfli araşdırma aparmalı olduğu halda bu tələbə əməl etməmiş, ümumiyyətlə səlahiyyətli orqan tərəfindən X2 ona istinad edilən həmin inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə iclasında da X2 ona istinad edilən həmin inzibati xətanı törətməsi öz təsdiqin tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025ci il tarixli, EQ 25665117 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Qanuni nümayəndə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında X2 Azərbaycan Respublikasının İXM-nin 210.1-ci maddəsi ilə 5000 (beş min) manat cərimə edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar