Məhkəmə qərarları › İş №3(039)-1028/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1028/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1028/2025 02.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs rəhbəri X5 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsi Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli 00900-00157/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında 19 iyun 2025-ci il tarixli 00900-00157/25 nömrəli protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından idxal edilmiş və 63AED482/27F8160 nömrəli nişanlı nəqliyyat vasitəsi ilə daşınan “kənd təsərrüfatı üçün olunan avadanlıqlar və hissələri” yükü xx.xx.2025-ci il tarixdə Balakən Gömrük İdarəsinin “Mazımqara” gömrük postundan keçməklə Gəncə Gömrük İdarəsi Yevlax gömrük postuna təyinat almış və xx.xx.2025-ci il tarixli **********7586 sorğu nömrəli gömrük bəyannaməsi tərtib edilərək Yevlax gömrük postunda bəyan edilmişdir. Şəxs MMC-nin adına gələn xx.xx.2025-ci il tarixli, **********7586 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən yüklərə Yevlax gömrük postunun inzibati binasının həyətində baxış zamanı düzgün bəyan olunmayan 12 ədəd dərman səpən avadanlığın pompası, 5 ədəd dərman səpən avadanlığın pəri, 1000 ədəd dərman səpən avadanlığın burulan qarmaqları (yay pimi), 4 ədəd dərman səpən avadanlığın kardanı, və bəyan olmayan üzərində “İkiler” yazısı olan 10 qutu hər birində 25 ədəd olmaqla, 250 ədəd ot biçən avadanlığın bıçağı yükləri aşkar edilmiş və hüququpozma predmeti olan yüklər Gəncə Gömrük İdarəsi “Yevlax” gömrük postunun inzibati binasının həyətində yerləşən anbara yığılaraq gömrük təminatı vurulmuş, protokol tərtib edilmiş və bu barədə əməliyyat və təhqiqat şöbəsinə xx.xx.2025-ci il tarixli 3-33-1600/019/001451 nömrəli raport daxil olmuşdur. Gəncə Gömrük İdarəsi, əməliyyat və təhqiqat şöbəsində xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə 00900-00157/25 saylı inzibati xətta haqqında iş üzrə icraat başlanmışdır. İş üçün əhəmiyyətini nəzərə alıb, hüquqpozma predmeti olan yüklərin xx.xx.2025-ci il tarixinə 1 ədədini və ümumi dəyərinin nə qədər olması barədə xx.xx.2025-ci il tarixdə “əmtəəşünaslıq” ekspertizası təyin edilməsi haqqında qərardad tərtib olunmuş və ekspertizanın keçirilməsi “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə olunmuşdur. “Azərekspertiza” Birliyinin xx.xx.2025-ci il tarixli, 05-Ş nömrəli ekspertiza aktına əsasən tədqiqata təqdim olunmuş malların xx.xx.2025-ci il tarixə orta bazar qiyməti 4380,0 manat təşkil etmişdir. Beləliklə qeyd edilən mallar Şəxs MMC tərəfindən bəyan edilmədiyi üçün, gömrük qaydaları pozulmuş və inzibati xətaya yol verilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs rəhbəri nümayəndəsi X5 izahatında bildirdi ki, hüquqi şəxsin barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda qeyd edilənlərlə razıdır. Gömrük qaydalarını pozduqlarını etiraf edir və tətbiq ediləcək cəriməni ödəməyə razıdır. Səlahiyyətli orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndəsi X2 məhkəmə iclasında protolun məzmununa uyğun izahat verərək hüquqi şəxsin barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 00900-00157/25 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 5 adda malların xx.xx.2025-ci il tarixə olan orta bazar topdan satış qiyməti təxminən 4380,00 manat müəyyən olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İXM-in 482.1-ci və 482.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi nümayəndəsinin etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona İXM-nin 482.1-ci maddəsi ilə inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci və 482.2-ci maddələri ilə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin, yəni 4380,0 manat məbləğin qırx faizi məbləğində, yəni 1752,0 (bir min yeddi yüz əlli iki manat dörd yüz otuz iki) manat cərimə edilsin. 1752,0 manat cərimə Şəxs MMC tərəfindən dövlət büdcəsinə ödənildikdən sonra iş üzrə maddi sübut olan və Gəncə Gömrük İdarəsinin Yevlax gömrük postunun inzibati binasında saxlanılan 12 ədəd dərman səpən avadanlığın pompası, 5 ədəd dərman səpən avadanlığın pəri, 1000 ədəd dərman səpən avadanlığın burulan qarmaqları (yay pimi), 4 ədəd dərman səpən avadanlığın kardanı, və bəyan olmayan üzərində “İkiler” yazısı olan 10 qutu hər birində 25 ədəd olmaqla, 250 ədəd ot biçən avadanlığın bıçağının gömrük rəsmiləşdirilməsi həyata keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar