Məhkəmə qərarları › İş №3(039)-1029/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1029/2020

31.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1029/2020 31.12.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2 İnzibati xəta haqqında protokol tərtib etmiş Yevlax RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1995-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi işlə məşğul olan, Bərdə rayonu Hacıbəyli kəndində yaşayan. Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Yevlax rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 15 radələrində Yevlax rayonu Kolanı kəndində X5 maşın təmiri üçün 300 manat məbləğində pul almış, vədinə əməl etməyərək pulu mənimsəmişdir. Məhkəmə iclasında polis sahə rəisi, polis kapitanı Aydın Bəkirov izah etdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Yevlax rayonu Kolanı kəndində yaşayan X11 oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə müraciət edərək bildirmişdir ki, Bərdə rayonu Köhnə bazarın yanı, Səadət şadlıq sarayı ilə üzbəüz xx xxxxxxxx 2020-ci il tarixdə Lətif adlı şəxsə avtomobilinə məxsus mühərriki təmir etməsi üçün 300 manat pul vermiş, lakin həmin şəxs mühərriki doğrayıb satması barədə məlumat vermişdir. Bu barədə Yevlax RPŞ-nin TB-də araşdırma aparılmışdır. RPŞ-nin TB-nin xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan, müvafiq tədbir görülməsi üçün Yevlax RPŞ-nin İTB-nə göndərilmişdir. Bu barədə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izah etdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə Yaşar adlı şəxs ona müraciət edərək ona məxsus olan avtomobilin mühərrikinin təmir etdirmək istədiyini bildirdi, həmin tarixdə o, Yevlax rayonu Kolanı kəndinə gedərək avtomobilə baxmış və Yaşar adlı şəxsdən ilkin olaraq 300 manat məbləğində pul almışdır. Bir müddət keçdikdən sonra o, avtomobili təmir etməmiş Bakı şəhərinə çıxıb getmişdir. Hazırda pulu qaytara bilmir, əlavə olaraq avtomobilin üzərində olan katalizatoru götürmüşdür. Törətdiyi inzibati xətaya görə səmimi peşmandır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək, Yaşar Axundovdan aldığı 300 manat məbləğində pulu və avtomobildən götürdüyü katalizatoru ən qısa zamanda ona qaytaracağını bildirmişdir. Məhkəmə iclasında X1 məhkəmə iclasında şahid qismində dindirilərkən ifadəsində bildirdi ki, Yaşar Axundov onun həyat yoldaşıdır, birinci Qarabağ müharibəsi əlilidir, hazırda yoldaşı yataq xəstəsidir bu səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Yoldaşına məxsus avtomobilin mühərrikində nasazlıq var idi və həmin mühərriki təmir etdirmək qərarına gəlmişdir. Maraqlanmışdılar ki, Bərdə rayonunda Lətif adlı usta var, xx xxxxxxxx 2020-ci il tarixdə həmin şəxsə zəng edərək onu Yevlax rayonu Kolanı kəndində avtomobilə baxmağa çağırmış, elə həmin tarixdə Lətifə 300 manat pul vermişdir. xx xxxxxxxx 2020-ci il tarixdə Lətiflə əlaqə saxlayaraq Bərdə rayonuna getmiş və orada məlum olmuşdur ki, mühərriki təmir etməmiş və yuduzdurmaq üçün başqa ustaya vermişdir. Bundan əlavə Lətif avtomobilin ehtiyyat hissəsi olan katalizatoru da çıxarmışdır. Tələbim 300 manat məbləğində pul və 200 manat dəyərində olan katalizatorun alınıb özlərinə verilməsidir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs inzibati xətanı törətdiyinə görə xx xxxxxx 2020-ci il tarixdə saat 18:19-dan inzibati qaydada tutulmuşdur İşə əlavə edilmiş Yevlax Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı X6 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə törədilmiş əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. O, həmin xətanı törətməkdə təqsirlidir, onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşmancılıq çəkməsini məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Odur ki, məhkəmə inzibati tənbeh tədbiri görərkən Şəxs törətmiş olduğu inzibati xətanın ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alıb onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər inzibati tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.1 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cimaddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər inzibati tənbehi tətbiq edilsin. Şəxs 300 (üç yüz) manat məbləğində pul, katalizator və ya onun dəyəri 200 (iki yüz) manat məbləğində pul alınıb zərər çəkmiş şəxs X7 qaytarılsın. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət və ya protest verilə bilər. Hakim Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar