Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-103/2020 17.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi ilə Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Kəlbəcər rayonu, Oruclu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kəlbəcər rayonu, Oruclu kəndində queydiyyatda olan və ünvan 1 ünvanında yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:20 radələrində Yevlax şəhəri,32-ci məhəllə, 4 saylı binanın qarşısında polisinqanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X6 çıxış edərək bildirmişdir ki,Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:20 radələrində Yevlax şəhəri,32-ci məhəllə, 4 saylı binanın qarşısında, küçədə ictimai yerdə ictimai qaydanı pozaraq səs-küy saldığına görə ona onu nizamintizama dəvət etmişdir. Lakin o, öz qanunsuz əməllərini davam etdirdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, əvvəllər qonşusu X5 ilə aralarında mübahisələri olmuşdur və hazırda Yevlax rayon polis şöbəsində araşdırılan material üzrə xx xxxxxx 2020-ci il tarixdə saat 23:20 radələrində qonşusu Elvinin atası Familin evinə gedib üzr istəmək və barışıq əldə etmək niyyəti ilə onların qapısını döymüşdür. Qardaşı və başqa qonşular onun Famil Məmmədovun qapısını döydüyünü görüb və onun yenə də Elvin Məmmədovla mübahisə etməyə gəldiyini güman edib polis şöbəsinə məlumat vermişdilər. Daha sonra polis əməkdaşları gəlib onu rayon polis şöbəsinə getməyi təklif etmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşlarının gəldiyi avtomobilə əyləşərək rayon polis şöbəsinə getmişdir. Barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 çıxış edərək bildirmişdir ki, qonşuluğunda yaşayan Şəxs ilə onun oğlu X1 arasında mübahisələri olub və hər iki ailə bu səbəbdən rayon polis şöbəsində mübahisəli ailə kimi qeydiyyata alınmışdılar. xx xxxxxx 2020-ci il tarixdə saat 23:20 radələrində yaşadığı mənzildə olan zaman evin qapısının döyüldüyünü eşitmişdir. O və evdə olan digər ailə üzvləri qapıya çıxanda artıq qonşular Şəxs binanın məhləsinə düşürtmüşlər. Bundan sonra o, binanın həyətinə çıxmışdır və Şəxs artıq polis şöbəsinə aparıldığını öyrənmişdir. O, Şəxs polisə qarşı hər hansı müqavimət və ya tabesizlik göstərdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X2 çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:20 radələrində Yevlax şəhəri,32-ci məhəllə, 4 saylı binanın qarşısında, küçədə ictimai yerdə ictimai qaydanı pozaraq səs-küy saldığına görə ona onu nizamintizama dəvət etmişlər. Lakin o öz qanunsuz əməllərini davam etdirdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:20 radələrində Yevlax şəhəri, 32-ci məhəllə, 4 saylı binanın qarşısında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Qurban Qasımovun xx.xx.2020-ci il tarixli raportunda göstərilmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 23:20 radələrində Yevlax şəhəri, 32-ci məhəllə, binan 4, mənzil 36da yaşayan X5 onun mobil nömrəsinə zəng edərək qonşusu Şəxs yaşadığı evin qapısın döyərək nəlayiq ifadələrlə ünvanına söydüyünü bildirmişdir. O, həmin ünvana getmiş və Şəxs nəlayiq ifadələr işlətdiyi üçün nizam-intizama dəvət etsə də qəsdən qanuni tələbinə tabe olmamışdır. O, öz qanunsuz əməllərini davam etdirdiyi üçün saxlanılaraq rayon polis şöbəsinə gətirilmişdir; xx xxxxxx 2020-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 23:10-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, inzibati protokolu tərtib etmiş şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs, həm də şahidlərin izahatlarından xx.xx.2020-ci il tarixdə Yevlax şəhərində Şəxs polisin qanunu tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin dispozisiasına görə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması hərəkətləri qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin535.1-cimaddəsiilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işəəməlindəinzibatixətatərkibiolmaması əsası ilə xitamverilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-103/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-103/2020
17.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver