Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1031/2022 01.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon X7 Yol X5 Avtomobil Müfəttişi, polis leytenantı X1, Zərəçəkmiş şəxs X2 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00-da Yevlax şəhəri, Füzuli küçəsində idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “MURAVEY” markalı motosiklet ilə yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon X7 Yol X5 Avtomobil Müfəttişi, polis leytenantı X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00-da Yevlax şəhəri Füzuli küçəsində idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə dövlət qeydiyyat nişanı olmayan “MURAVEY” markalı motosikleti idarə ederək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib vermiş olduğu izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə axşam saatlarında dostları ilə spirtli içki qəbul etmiş, səhəri gün yəni xx.xx.2022-ci il tarixdə sürücülük hüququ olmadan dövlət qeydiyyat nişanı olmayan “MURAVEY” markalı motosiklet ilə şəxsi işləri üçün gedən zaman saat 13 radələrində Yevlax şəhəri Füzuli küçəsində idarə etməni itirərək qarşısında hərəkət edən “VAZ 2106” markalı avtomobillə toqquşmuşdur. Nəticədə özü yüngül dərəcədə bədən xəsarətləri almış və digər avtomobilə maddi ziyan vurmuşdur. Hazırda əməlindən peşman olmasını və zərəçəkmiş şəxslə barışdığını bildirərək barəsində inzibati həbs ilə əlaqəli olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X4 inzibati xəta haqqında protokola öz münasibətini bildirərək qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Yevlax şəhəri Füzuli küçəsində idarə etdiyi “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkət edən zaman dövlət qeydiyyat nişanı olmayan “MURAVEY” markalı motosiklet onun idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Nəticədə xəsarət almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyan ödənilmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 13:00-da Yevlax şəhəri Füzuli küçəsində idarə etmək hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan “MURAVEY” markalı motosiklet ilə yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan vurmuşdur; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon X7 X10 göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə İXM-nin 32.2-ci maddəsini əsas götürərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini, habelə zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini də şəxsin əməlini yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı, 32.2. barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsi, habelə zərərçəkmiş şəxslə barışmağa cəhd etməsi), məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində göstərilən maddənin sanksiyasının daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1031/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1031/2022
01.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver