Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1034/2022 04.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Qasımov Qurban oğlunun, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23.08..2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospektində köhnə körpü adlanan yerin yaxınlığında üzərindən 0,34 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bununla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax rayon X2 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1 çıxış edərək bildirmişdir ki, Şəxs 23.08..2022ci il tarixdə Yevlax şəhəri Nizami prospektində köhnə körpü adlanan yerin yaxınlığında üzərindən 0,34 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi ilə əlaqədar olaraq Yevlax RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı Şəxs narkotik vasitələrdən istifadə etməsi müəyyən olunduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, 23.08..2022-ci il tarixdə Yevlax şəhərində Kür çayının sahilində gəzən zaman yerdən narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır və həmin narkotik vasitəni istifadə etmək üçün yerdən götürmüşdür. Bundan sonra o, həmin narkotik vasitəni siqaretə dolduran zaman polis əməkdaşları ona yaxınlaşıb və onu rayon polis şöbəsinə dəvət etmişdilər. Rayon polis şöbəsində üzərindən əvvəl tapdığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Hazırda əməlindən peşman olmasını və himayəsində bir azyaşlı qızının olmasını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 23.08..2022-ci il tarixdə Yevlax şəhəri Nizami prospektində köhnə körpü adlanan yerin yaxınlığında üzərindən 0,34 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir; 02 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin şöbənin İTB-nə göndərilməsi qərara qlınmışdır; Elektron məhkəmə sistemindən əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü Rəhiməxanım adlı qız övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 99.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi protokolu tərtib etmiş şəxsin və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, himayəsində azyaşlı övladının olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1034/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1034/2022
04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver