Məhkəmə qərarları › İş №3(039)-1036/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1036/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1036/2022 04.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Yevlax rayon Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Kövər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X3 Şəxs tərəfindən döyülməsi barədə müraciəti əsasında xx.xx.2022-ci il tarixdə Yevlax rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından təhqiqat bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X8 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X6 3 ildir ki tanıdığını,aralarında alış-veriş münasibətin olduğunu,Yevlax şəhərində onun ərzaq mağazasının olduğunu,və Zamiqin ərzaq mağazasına 28 manat borcu qaldığını,xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Zamiq Quliyevin yaşadığı evə getdiyini,qapını döyərək hec kimin açmadığını görüb geri qayıdan zaman Zamiq Quliyevin evin qapısını acıb bunu evə dəvətdiyi,evə daxil olan zaman hec bir səbəb olmadan qışqırmağa başladığını,bu zaman Esmira onun aqzından möhkəm yapışaraq qonşuları çağırmasına mane olduğunu,aralarında dava baş verdiyini,dava zamanı Esmira Zamiqə bir neçə dəfə şillə vurduğunu,həmin dava vaxtı hec bir xəsarət yetirmədiyini,təxminən üç ildir ki,Məmmədova Esmira ilə birlikdə nikahdan kənar münasibətinin olduğunu,xx.xx.2022-ci il tarixdə Məmmədova Esmiranı işlədiyi mağazaya çağırdığını,aralarında mübahisə baş verdiyini lakin onu vurmadığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki,X7 ilə təxminən 15 il bundan qabaq ailə həyatı qurduğunu,birgə nigahdan 2 övladının olduğunu,Yevlax şəhərində kirədə yaşayan zaman Şəxs ilə tanış olduğunu,Şəxslə 3 ildir ki nigahdan kənar münasibətinin olduğunu,Zamir Quliyevin bu münasibətdən xəbəri olmadığını,Şəxs sərxoş vəziyyətdə ona zəng edərək onu evlənməq məqsədi ilə qaçırmaq istədiyini,bu zaman həyat yoldaşı Zamiq Quliyevin evlərində olduğunu,lakin Qalib ona inanmayıb evlərinə gəldiyini,Zamiq Quliyev həyətə düşən zaman Şəxs həyətdə görüb aralarında mübahisə baş verdiyini,xx.xx.2022-ci il tarixdə Qalib Eliyev onu işlədiyi mağazaya cağırdığını,oraya getdiyini və onunla aralarında mübahisə baş verdiyini,mübahisə zamanı Şəxs onu şillə ilə vurduğunu,həmin vaxt mağazada ondan başqa Rəqsanə adlı qadının orda olduğunu və Rəqsanənin Qalibin onu döydüyünü gördüyünü bildirərək Şəxs şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X3 döymüşdür; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə şəxs üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 ( iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 04 noyabr 2022-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Yevlax rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar