Məhkəmə qərarları › İş №3(039)-1037/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1037/2022

04.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1037/2022 04.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, mayoru X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Duzdaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Yevlax rayonu Səmədəbad kəndinin girişində yerləşən “Uğur” yeməkxanasının qarşısında X1 təhqir edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi X6 protokola uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Yevlax rayonu Səmədəbad kəndinin girişində yerləşən “Uğur” yeməkxanasının qarşısında X1 təhqir etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, özünə məxsus pay torpaq sahəsi Yevlax rayonu Səmədəbad kəndinin ərazisində yerləşir və həmin torpaq sahəsini X7 icarəyə vermişdir. Lakin sonradan torpaq sahəsinin boşaldılmasını tələb etsə də, Hüseyn torpağını boşaltmır. Bu səbəbdən X8 və onun oğlu X9 ilə aralarında torpaq mübahisələri var. xx.xx.2022-ci il tarixdə Solmazın oğlu ona zəng edib söhbət etmək üçün torpaq sahəsinin yanına çağırmışdır. O, həmin yerə getdikdə orada Hüseyni və anası Solmazı görmüşdür. O, Solmaza və oğlu İlhama yenə də torpaq sahəsinin onun olduğundan boşaldılmasını tələb etdiyini bildirərək yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə Solmaz ilə onun arasında heç bir münaqişə baş verməmişdir ki, o da Solmazı söyüb təhqir etsin. O, xx.xx.2022-ci il tarixdə Solmazı söyüb təhqir etməmiş, heç bir ictimai qaydanı pozmadığını bildirmiş və barəsində olan inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında bildirmişdir ki, Şəxs məxsus torpaq sahəsini onlar icarəyə götürmüşlər, lakin Nadirin həmin torpaq sahəsi onların icarəsində olmasına baxmayaraq başqa şəxsə icraəyə verməsini eşitmişlər. Bu səbəbdən də xx.xx.2022-ci il tarixdə bu məsələnin aydınlaşdırılması üçün o, oğlu Hüseyn ilə Nadirə zəng edərək onunla xx.xx.2022-ci il tarixdə torpaq sahəsinin yanında yerləşən yeməkxanada görüşmüşlər. Yeməkxanın daxilində o, Nadirdən niyə torpaq sahəsini başqa şəxsə icraəyə verməsini soruşduqda Nadir ona “az sən kimsən, icarəyə vermişəm yaxşı etmişəm az, az yeri az...” kimi sözləri deyərək onu təhqir etmişdir. Həmin vaxt onların yanında Yeməkxananın sahibi Tofiq, bir nəfər adını bilmədiyi başqa bir kişi və oğlu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X4 izahatına uyğun izahat vermişdir. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, habelə polis orqanı məsələ ilə bağlı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş və nəticədə sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs verdiyi izahatda, həm də şahid ifadələrində, eləcə də iş materiallarında Şəxs tərəfindən X1 təhqir etməsinə və ya ictimai qaydanı pozmasına dəlalət edə biləcək hallar sübuta yetirilməmiş, digər birbaşa sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin dispozisiasına görə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.0.2-ci maddəsi tətbiq edilməklə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar