Məhkəmə qərarları › İş №3(039)-104/2020

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-104/2020

17.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-104/2020 17.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis baş leytenantı X10, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, xx.xx.1975-ci il tarixdə Yevlax rayonu, Rüstəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Rüstəmli kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2019-cu il tarixdə X4 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X12 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində Yevlax rayonu, Rüstəmli kəndində yaşadığı evin yaxınlığında qonşusu X3 qəsdən döymüşdür. Şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib özünü təqsirli bilməyərək bildirmişdir ki, o, zərərçəkmiş şəxsə heç bir xəsarət yetirməmişdir. Onun zərərçəkmiş şəxsin oğlu Cabbarla əvvəllər mübahisəsi olmuşdur və bu səbəbdən İsgəndər Hüseynov onun barəsində döymə faktı ilə bağlı polisə şikayət etmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki,xx xxxxxx 2019cu il tarixdə saat 16:00 radələrində mal-qarasını örüşdən gətirmək üçün küçəyə çıxanda qonşusu Şəxs küçədə görmüş, Eyvaz onu görən kimi yanındakı itə ona hücum çəkməsi üçün işarə vermişdir. O, mal-qarasını örüşdən qaytardıqdan sonra etdiyi hərəkətə görə Eyvaza iradını bildirdikdə, sonuncu onun boğazından sıxaraq itələmiş və o yerə yıxılaraq kürək hissəsindən xəsarətlər almışdır. Hazırda Şəxs şikayətçi olduğunu bildirərək, onun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında xx xxxxxx 2019-cu il tarixdə küçədə səsküy eşitdiyini və küçəyə çıxanda atası İsgəndər Hüseynovun yerə yıxıldığını və qonşusu Eldarın da orada dayanıb söyüş söydüyünü gördüyünü bildirmişdir. X2 məhkəmə iclasında şahid Cabbar Hüseynovun izahatı ilə oxşar məzmunlu izahat verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 17:00 radələrində Yevlax rayonu, Rüstəmli kəndində yaşadığı evin yaxınlığında qonşusu X4 qəsdən döymüşdür. cinayət işinin başlanmasının rədd edilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır; 599 №-li, xx.xx.2019-cu il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs xx.xx.2019-cu il tarixdə orta dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X7 Yevlax Rayon Şöbəsindən canlı şəxsin ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 961 saylı rəyindən görünür ki, 1945-ci il təvəllüdlü X3 bədənində aşkar edilmiş xəsarət-hər iki sağrı nahiyyəsinin qançırları küt alətin təsirindən əmələ gəlmişdir, xx.xx.2019-cu il tarixdə əmələ gəlməsi istisna edilmir. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X5 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini (son 6 ay ərzində müxtəlif inzibati xətaları törətməyə görə inzibati məsuliyyətə cəlb olunmasını), məsuliyyəti ağırlaşdıran hal kimi - inzibati xətanın sərxoş şəxs tərəfindən törədilməsini (İXM-nin 33.1.7) nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 01 (bir) ay müddətində inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar