Məhkəmə qərarları › İş №3(039)-104/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-104/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-104/2023 01.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı 01 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:05 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Yevlax filialının inzibati binasının daxilində və binanın qarşısında ucadan səs-küy salaraq küçə söyüşləri söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5 çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:05 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Yevlax filialının inzibati binasının daxilində və binanın qarşısında ucadan səs-küy salaraq küçə söyüşləri söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şəxs özünü qismən təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 09:05 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Yevlax filialına bank əməliyyatları üçün getmişdir. O, banka daxil olduqdan sonra bankın kassasında işləyən əvvəllər tanıdığı və dost münasibətində olduğu X6 görmüşdür. Həmin gündən bir müddət əvvəl Murad ilə aralarında söz söhbətləri molmuşdur və kassada dayanan zaman Murad ilə həmin narazılığı müzakirə etmişdilər. Bundan sonra o, Murada zarafat mənasında “gəl çölə səni başa salaram” demişdir və Murad bu onun sözünü ciddiyə alaraq onunla kobud şəkildə danışmışdır. Bu səbəbdən də aralarında bankın daxilində sözlə mübahisələri olmuşdur. Bundan sonra filialın mühafizəsi ona yaxınlaşmış və onu filialın xidməti otağına dəvət etmişdir. Bundan sonra o, mühavizəyə “ direktor kimdirki mən onun ayağına gedəm” sözləri demiş və bankın binasından çıxıb getmişdir. Bir müddət sonra polis əməkdaşları ona zəng edərək bankın direktorunun ondan şikayət etdiyini bildirərək onu bankın yanına gəlməyi tələb etmişlər. O, bankın yanına gəldikdə həmin yerdə polis əməkdaşlarının və bankın əməkdaşlarının dayandıqlarını görmüşdür. O yaxınlaşdıqdan sonra filialın direktoru mübahisənin səbəbini soruşmuşdur. O direktorun ondan şikayət etməsinə əsəbləşib direktora “suka” sözü demişdir. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə getməyi təklif etdikdə o etiraz etmədən rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, "xxxx" ASC-nin Yevlax filialında kassir işləyir və Şəxs uzun illərdir tanıyır və münasibətləri yaxşı olmuşdur. Lakin bir müddət əvəəl aralaında sözsöhbətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə işdə olan zaman İlham filiala öz işləri üçün gəlmişdir və kassada növbədə olan zaman ona söz atmışdır. Bu səbəbdən o, İlhama işdə olduğunu sonra söhbət edəcəklərini bildimişdir. Lakin İlham onun dediklərinə məhəlqoymayaraq yenədə ucadan danışaraq ona söz atmış və bankın iş rejimini pozmuşdur. Bundan sonra filialın mühafizəsi İlhama yaxınlaşmış və ona bankın filial direktorunun onu xidməti otağına dəvət etdiyini bildirmişdir. Lakin İlham mühafizəyə direktorun otağına getməyəcəyini bildirərək filialı tərk etmişdir. Bundan sonra filial müdürü bankın mühafizə xidmətinə məlumat vermişdir. Mühafizə xidməti gəldikdən sonra İlhamı banka dəvət etmilər. İlham gəldikdən sonra bankın inzibati binasının xaricində mühafizə polis əməkdaşlarının və bankın bir neçə əməkdaşının qarşısında direktora “suka” sözü demişdir. Bundan sonra İlham polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə gedib məsələnin aydınlaşdırılması zərurəti yarandığını bildirdikdə İlham etiraz etmədən getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bank Respublika” ASC-nin Yevlax filialının direktoru X11 şahid X3 izahatına uyğun izahat verdi. . Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mühafizı İdarısinin Yevlax rayon mühafizə şöbəsinin manqa komandiri, polis baş serjantı X16 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə əməliyyat qrupunda olan zaman "xxxx" ASC-nin Yevlax filialınında xidmətdə olan əməkdaş bankda mübahisə baş verməsi barədə məlumat vermişdir. O, qrupda olan digər əməkdaşlarla dərhal bankın inizbati binasına getmişlər. Onlar getdikdə mübahisə yaradan şəxsin həmin yerdən uzaqlaşdığını müəyyən etmişlər. Bundan sonra həmin şəxsin kimliyini yəni onun Şəxs olduğunu müəyyən etdikdən sonra İlhamı həmin banka dəvət etmişlər. İlham gəldikdən sonra binanın xaricində filialın direktoruna qarşı “suka” sözü işlətmişdir. Bundan sonra onlar İlhamı mübahisənin araşdırılması üçün rayon polis şöbəsinə getməyi təklif etdikdə İlham etiraz etmədən rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Mühafizı İdarısinin Yevlax rayon mühafizə şöbəsinin əməkdaşları X8 və X4 şahid X12 izahatına uyğun izahat verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı 01 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 09:05 radələrində Yevlax şəhəri H.Əliyev prospektində yerləşən "xxxx" ASC-nin Yevlax filialının inzibati binasının daxilində və binanın qarşısında ucadan səs-küy salaraq küçə söyüşləri söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır; "xxxx" ASC-nin Yevlax filialının müdiri X11 oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə bankın qarşısında və daxilində bankın işçilərini nalayiq sözlərlə təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, eləcə də inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi öz təsdiqini tapsa da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və sonuncunun əməlində inzibati xəta tərkibinin olmaması müəyyən edilmişdir. Belə ki, həm barəsində inzibati icraat aparılan Şəxs izahatından onun polisin qanuni tələbinə tabe olmaması müəyyən olunmamış, onun tərəfindən polisin qanuni tələbinə qəsdən tabe olmamasına dəlalət edə biləcək sübutlar məhkəmə baxışı zamanı, habelə səlahiyyətli orqan tərəfindən aparılmış araşdırma gedişatında aşkar olunmamışdır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 01 fevral 2023-cü il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar