Məhkəmə qərarları › İş №3(039)-1041/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1041/2022

05.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1041/2022 05.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1, zərərçəkmiş şəxs X4 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-cü ildə Ağdaş rayonu Ləki qəsəbəsinda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayon Aran qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 17 oktyabr 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evdə X5 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X13 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs oğlu xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evdə X5 döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlu məhkəmə iclasında izahat verib bildirmişdir ki, X7 ilə birgə nigahdan 2 övlaladının olduğunu,lakin son 2 ildir ki,Rəhman X2 ilə qeyri-rəsmi yaşadığını və Sevinc Cəfərovadan 1 övladının olduğunu öyrənmiş,Rəhman Məmmədovun ona etdiyi xəyanətə görə aralarında mübahisələrin olduğunu,lakin Rəhman Məmmədov öz səhvini etiraf etdiyinə görə onu bağışlamış və birgə yaşamağa başlamış,Sevinc dəfələrlə Rəhman barəsində əsassiz,şər-böhtan xarakterli şikayətlər etmiş,X11 boşanmağı onunla rəsmi nigaha girməyi tələb etmiş,Rəhman Sevincin bu hərəkətlərindən bezdiyi üçün ondan tamamilə ilə ayrilmiş,sonuncu dəfə 03.102022-ci il tarixdə təxminən saat 21 radələrində ailə üzvləri ilə birgə yaşadığı Yevlax ryon Aran qəsəbəsindəki evə gələrək ucadan səs-küy salaraq ailə üzvlərinin ünvanına nəlayiq ifadələr işlətməyə başlamış,Rəhman və qaynı Eldəniz Sevinci sakitləşməsini xahiş etmiş,lakin Sevinc öz qanunsu hərəkətlərini davam etdirərək,ailə üzvlərinin və onun ünvanına nəlayiq ifadələr işlətmiş,buna görə əsəbləşərək Sevincin üstünə hücum etmiş və Sevincin saçından tutub onu yerə yıxdığını bildirərək barəsində qanuna müvafiq qərarın verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qabaqlar ailəli olub sonradan ayrıldığını,2014-cu ildən bu vaxtadək X7 ilə qeyri rəsmi yaşadığını,ondan xx.xx.2022-ci il təvəllüdlü X10 adlı bir uşaqın dünyaya gəldiyini bildirmişdir.Əvvəllər münasibətlərinin yaxşı olduğunu,sonralar birgə yaşamasina baxmayaraq Rəhman onu öz ailəsi kimi qəbul etməməsi,sonuncu dəfə Rəhmanla evlərində görüşən zaman oğlu Rəhimin xəstə olmuş,Rəhman onun yanından gedən zaman oğlu Rəhimin vəziyyətinin pisləşdiyini görüb Rəhmana zəng edərək oğlu Rəhimi həkimə aparmasını xahiş edib,Rəhman isə vaxtının olmadığını bildirmiş və gəlməkdən imtina etmiş,bundan 2-3 gün sonra əlacsız qalib oğlu Rəhimi atasina təhvil vermək üçün xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Rəhmanın yaşadığı ünvana Yevlax rayon Aran qəsəbəsinə getmiş,həyətə daxil olan zaman onu Rəhman və qardaşı Eldəniz qarşılamış,uşaq xəstə olduğu üçün atasina təhvil vermək üçün gəldiyini bildirmiş,həmin vaxt Rəhmanın qardaşı Famil Məmmədov adlı şəxs onun üstunə hücum edərək ünvanına nəlayiq ifadələr işlədərək sifət nahiyyəsinə sillə ilə vurmuş və sacından tutaraq yerə yıxdığını bildirmiş,bundan sonra Şəxs onun ünvanına nəlayiq ifadələr işlədərək üstünə hücum etmiş,əlindəki az yaşlı uşaqlara məxsus skuter ilə kurək və baş nahiyyəsinə 2 dəfə vuraraq xəsarət yetirdiyini bildirərək təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Yevlax rayonu Aran qəsəbəsində yaşadığı evdə X5 döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X13 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs oğlu tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, izahatları, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki,Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsindəi nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar