Məhkəmə qərarları › İş №3(039)-1043/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1043/2022

10.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1043/2022 10.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X15 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Yevlax şəhər Vəkil Bürosunun vəkili X10, Zərərçəkmiş şəxs X3 iştirakları ilə, xx.xx.1979-cu ildə Bərdə rayonunun Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Yevlax rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində X4 məxsus 170 manat pulunu Yevlax-Bərdə avtomobil yolunun kənarında Bərdə rayonu istiqamətində yolun sağ tərəfində piştaxta qurub qarpız yemiş satdığı yerdə oğurlayıb sonuncuya maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Yevlax rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində yerləşən X5 məxsus evdə Tənzilə Məmmədovanın etibarından sui istifadə edərək onun LG markalı 50 manat dəyərində olan mobil telefonunu istifadə üçün götürmüş, sonradan isə pul kisəsində olan 120 manat pulunu oğurlayıb sonuncuya cəmi 170 manat maddi ziyan vurmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Yevlax rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X11 izahatında bildirdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində X4 məxsus 170 manat pulunu Yevlax-Bərdə avtomobil yolunun kənarında Bərdə rayonu istiqamətində yolun sağ tərəfində piştaxta qurub qarpız yemiş satdığı yerdə oğurlayıb sonuncuya maddi ziyan vurmuşdur. Bundan başqa, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində Yevlax şəhəri, E.Ağayev küçəsində yerləşən X5 məxsus evdə Tənzilə Məmmədovanın etibarından sui istifadə edərək onun LG markalı 50 manat dəyərində olan mobil telefonunu istifadə üçün götürmüş, sonradan isə pul kisəsində olan 120 manat pulunu oğurlayıb sonuncuya cəmi 170 manat maddi ziyan vurmuşdur. Buna görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, onun barəsində Yevlax rayon Polis şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə verilmişdir. Qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, Bərdə rayonunun Dəymədağıldı kəndində ailəsi ilə birlikdə yaşayır. Pulu olmadığı üçün dolana bilmir. Sərxoş olduğu üçün zərərçəkmiş şəxslərə qarşı həmin xırda oğurluqları törətmişdir. Hazırda əməllərindən peşmandır. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixində saat 16:00 radələrində Şəxs onun etibarından sui istifadə edərək LG markalı 50 manat dəyərində olan mobil telefonunu istifadə üçün götürmüş, sonradan isə pul kisəsində olan 120 manat pulunu oğurlayıb ona cəmi 170 manat maddi ziyan vurmuşdur. İlk əvvəl pulunun oğurlanmasından xəbəri olmamış, sonradan pul kisəsinə baxdıqda bunu bilmiş, pulu evdə hər yerdə axtarmış, lakin tapa bilməmişdir. Pul kisəsindən 120 manat pulunun oğurlanmasını başa düşdükdən sonra DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurluq hadisəsi nəticəsində ona ümümilikdə 170 manat maddi ziyan dəymişdir. Oğurluq edənin hərəkətində inzibati xətanın deyil, cinayətin tərkibi olduğundan, cinayət işinin başlanması üçün işin materiallarının prokurora göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi X1 Vüqar İnqilab oğlu özünü təqsirli bildiyindən və hazırda əməllərindən peşman olduğunu nəzərə alaraq onun barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu nəzərdən keçirərək, işin materiallarını araşdıraraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək iş üzrə toplanmış sənədlərə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın deyil, cinayətin əlamətləri olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, iş üzrə materiallar istintaq orqanına və prokurora göndərilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş materiallara əsasən törədilmiş iki epizoddan ibarət əməllər bir il ərzində təkrar törədilmiş (iş üzrə birinci əməl xx.xx.2022-ci il tarixdə, ikinci əməl isə xx.xx.2022-ci il tarixdə törədilmiş), həmin əməllərin birinci və ikinci epizodu üzrə zərərçəkmiş şəxslərə 100 manatdan yuxarı məbləğdə (hər iki əməl üzrə ayrı ayrılıqda 170 manat) maddi ziyan vurulmuşdur. Bundan başqa, aşağıdakı sənədlərdə də zərərin məbləğinin hər iki əməl üzrə ayrı ayrılıqda 170 manatı olması göstərilmişdir:  İnzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardadlar (MN № ******* və MN № 0202936)  Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərarların əsaslandırması təsviri hissəsi Göründüyü kimi, 12 iyul 2022-ci il tarixdə və 05 avqust 2022-ci il tarixdə törədilmiş əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri mövcuddur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx.xx.2018-ci il tarixli qərarının ikinci bəndində göstərilmişdir ki, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinə əsasən bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı xx.xx.2022-ci il tarixli qərarının ikinci bəndində göstərilmişdir ki, təkrar oğurluqdan əvvəl törədilmiş ilkin əməl üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsində nəzərdə tutulmuş bir illik müddətin keçməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Beləliklə, müəyyən edildi ki, oğurluq hadisələri hər ikisi son 1 il ərzində baş verdiyindən heç biri üzrə inzibati qaydada məsuliyyətə cəlb etmə müddəti bitməmişdir. Hər iki epizod üzrə dəymiş zərərlərin məbləğləri yüz manatdan yuxarıdır. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən inzibati xəta barədə işdə cinayətin əlamətləri vardır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.3-cü maddəsinə görə inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisləri X8 və X6 09 noyabr 2022-ci il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokollarla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilməli, Şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan, işin materialları əlavə araşdırmanın aparılması üçün Yevlax rayon Polis şöbəsinə və həmçinin məlumat üçün Yevlax Rayon Prokurorluğuna göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Yevlax rayon Polis şöbəsinin İTB-nin Yevlax rayon Polis şöbəsinin İTB-nin sahə rəisləri X8 və X6 09 noyabr 2022-ci il tarixdə tərtib etdiyi inzibati xəta haqqında protokollarla başlanılmış inzibati xəta haqqında iş üzrə icraatlara xitam verilsin. Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin tərkib əlamətləri olduğundan işin materialları əlavə araşdırmanın aparılması üçün Yevlax rayon Polis şöbəsinə və həmçinin məlumat üçün Yevlax Rayon Prokurorluğuna göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar