Məhkəmə qərarları › İş №3(039)-1047/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1047/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1047/2025 07.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Babayeva Aybəniz Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yevlax rayonu Xaldan Bələdiyyəsinin sədri Şəxs iştirakı ilə, Yevlax rayonu Xaldan Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsi, Yevlax rayonu Xaldan Bələdiyyəsinin sədri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokola əsasən Yevlax Rayonu Xaldan Bələdiyyəsinin sədri Şəxs vətəndaş müraciətinin araşdırılması ilə Bərdə Regional Ədliyyə İdarəsinin sorğusuna əsasən aidiyyəti sənədləri “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8-ci maddəsinin tələbini pozaraq 3 iş günü ərzində təqdim etməmişdir. Bununla da, Cəfərov X3 Xətalar Məcəlləsinin 549.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Yevlax Rayonu Xaldan Bələdiyyəsinin sədri Şəxs izahat verərək bildirdi ki, protokolda qeyd edilən inzibati xətaya yol verməsinə səbəb iş çoxluğu və kadr çatışmazlığı ilə əlaqədardır. Vətəndaş müraciətinin araşdırılması ilə bağlı sənədləri artıq aidiyyəti üzrə təqdim etmişdir (bununla bağlı Bərdə Regional Ədliyyə İdarəsinin məktubunu təqdim etmişdir). Peşmandır, bir daha bu hallara yol verməyəcəkdir. Göstərilənlərin nəzərə alınaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Yevlax Rayonu Xaldan Bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İXM-in 549.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, vətəndaş müraciətinin araşdırılması ilə bağlı X1 bələdiyyəyə müraciət etdiyi təqdirdə müraciətin surətinin, müraciətin qeydə alınması, bələdiyyə iclasında baxılmasına dair qərarınn və cavablandırılmasına dair məktubun surətinin, bələdiyyənin xəritəsinin eksplikasıyasının, icarə müqavilələrinin qeydiyyat kitabının səlahiyyətli orqana təqdim edilməsi Yevlax Rayonu Xaldan Bələdiyyəsi sədri Şəxs xahiş olunmuşdur; İş materiallarında olan “Bələdiyyələrlə iş informasiya sistemi”ndən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2025-ci il tarixli sorğu məktubu xx.xx.2025-ci il tarixdə saat 16:58-də sistem vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X2 tərəfindən tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı * * * * * * * saylı protokoldan görünür ki, Yevlax Rayonu Xaldan Bələdiyyəsinin sədri Şəxs səlahiyyətli orqanın sorğusuna əsasən vətəndaş müraciətinə baxılması ilə bağlı aidiyyəti sənədləri “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8-ci maddəsinin tələbini pozaraq sorğu daxil olduğu vaxtdan 3 iş gün müddətində təqdim etmədiyindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 549.1-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan tərəfindən araşdırmaların aparılmasına maneçilik törədilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən barəsində inzibati icraat aparılan şəxs Yevlax Rayonu Xaldan Bələdiyyəsinin sədri Şəxs səlahiyyətli orqanın sorğusuna əsasən vətəndaş müraciətinə baxılması ilə bağlı aidiyyəti sənədləri “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 8-ci maddəsinin tələbini pozaraq sorğu daxil olduğu vaxtdan 3 iş gün müddətində təqdim etməmişdir. Bununla da, Yevlax Rayonu Xaldan Bələdiyyəsinin sədri Şəxs İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1-ci maddəsin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 55,114 və 115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax Rayonu Xaldan Bələdiyyəsininn sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1000,0 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aybəniz Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar