Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1048/2022 11.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X3, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Yevlax rayonu Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğundan daxil olumuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzaibati xəta haqqında materiallardan görünür ki, Yevlax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Ayxan Cəlilov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 05 oktyabr 2022-ci il tarixli qərar Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün xx.xx.2022-ci ildə Yevlax rayon prokurorluğuna daxil olmuşdur. Qərardan müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi fakta görə 24 iyul 2022-ci il tarixdə Yevlax RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Cəlilov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb Yevlax rayonu Havarlı kəndində yaşayan Şəxs yaşadığı evə 23 iyul 2022-ci il tarixdə saat 19:10-dan 19:40-dək olan müddət ərzində müdafiəçinin iştirakı və video çəkiliş ilə keçirilmiş baxış nəticəsində həmin evin qonaq otağında, qara rəngli soyuducudan 15,93 qram narkotik vasitə olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana və yaşadığı evin həyətindən 1 ədəd əkilib becərilməsi qanunla qadağan edilmiş çətənə (kannabis) bitkisi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülməsi barədə toplanmış HK-1/7195 nömrəli material olmuşdur. Yevlax RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Cəlilov tərəfindən 23 iyul 2022-ci il tarixdə Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şəxs həmin cinayəti törətməsi istintaq materialları ilə kifayət qədər sübuta yetirildiyindən o, Yevlax RPŞ-nin İB-nin sabiq müstəntiqi, polis kapitanı X5 tərəfindən 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi 24 iyul 2022-ci il tarixdə Yevlax RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X2 icraatına qəbul olunaraq ibtidai istintaqı davam etdirilmişdir. İstintaq zamanı Şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, öz şəxsi istifadəsi üçün Yevlax rayonu Havarlı kəndində yaşadığı evin həyətindəki dirrikdə 2022-ci ilin aprel ayının 01-də narkotik tərkibli çətənə toxumu əkmiş və ona mütəmadi olaraq qulluq etmişdir. Belə ki, əkdiyi yerin kənarını, kolun dibini sulu olmasını təmin etmiş və dibini yumşaldıb ona gübrə vermiş və əkib becərdiyi həmin bir ədəd narkotik tərkibli çətənə kolunun üst hissəsini kəsərək qurudub öz evində soyuducunun içərisində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Yevlax rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı ünvana gələrək onu evdən çağırmış, o da həyətin qapısını açmış, polislər özlərini təqdim edərək Yevlax rayon polis şöbəsinin əməkdaşları olduqlarını və onun öz həyətində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmağında şübhəli olduğunu və həyətə baxış keçirmək istədiklərini bildirmiş, o da etiraz etməyərək polis əməkdaşlarının onun həyətinə baxış keçirilməsinə razılıq vermiş və polislərlə birlikdə həyətə baxan zaman polis əməkdaşları onun həyətdə öz istifadəsi üçün əkib becədiyi və qulluq etdiyi 01 (bir) ədəd narkotik tərkibli çətənə kolunu aşkar etmişlər. O, baxış zamanı narkotik tərkibli çətənə kolunu özü tək əkdiyini etiraf etmiş və onun, polis əməkdaşlarının və aqronomun iştirakı ilə keçirilmiş baxış zamanı aşkarlanmış 01 (bir) ədəd 60 sm boyu olan narkotik tərkibli çətənə kolunu qanunauyğun qaydada qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2022-ci il tarixli 17/580 saylı rəyindən görünür ki, 1) Şəxs yaşadığı Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətindən aşkar edilmiş 60 sm uzunluqda 01 (bir) ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər nəm vəziyyətdə təmiz çəkisi – 240,0 qram olan 01 (bir) ədəd bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom (mütəxəssis) Vüqar Mahmudovun 23 iyul 2022-ci il tarixli rəyinə əsasən çətənə (kannabis) bitkisinə aqroyexniki qaydada qulluq göstərilmişdir. X7 tərəfindən aparılmış araşdırma zamanı Şəxs yaşadığı fərdi yaşayış evinin həyətindən aşkar edilmiş 01 (bir) ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması məsələsinə baxılması üçün 05 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın surəti əlavə edilmiş sənədlərlə birlikdə Yevlax rayon prokurorluğuna göndərilmişdir. Beləliklə müəyyən edilmişdir ki, xx.xx.1968-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Yevlax rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şəki Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1, 66.2-ci maddələri ilə qəti 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yevlax rayon Havarlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumunu əldə edərək 2022-ci ilin aprel ayının 01-də həmin toxumu yaşadığı Yevlax rayonu Havarlı kəndində yerləşən fərdi yaşayış evinin həyətində əkib qanunsuz olaraq 01 ədəd az miqdarda tərkibində narkotik maddələr olan bitkini yetişdirib kultivasiya etmiş, 23 iyul 2022-ci il tarixdə saat 19:10-dan 19:40-dək olan müddət ərzində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən Şəxs yaşadığı Yevlax rayon Havarlı kəndində yerləşən evinə video çəkiliş ilə keçirilmiş baxış nəticəsində həmin evin həyətində 01 ədəd az miqdarda kultivasiya etdiyi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X1 Paşa Qənbər oğlu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş, Şəxs özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, o, hərdən narkotik vasitə olan marixuana istifadə edir. xx.xx.2022-ci il tarixdə yaşadığı Yevlax rayonu Havarlı kəndində yerləşən evin həyətindəki dirrikdə öz istifadəsi üçün bir ədəd narkotik tərkibli çətənə toxumu əkmiş və ona mütamadi qulluq etmişdir. xx.xx.2022-ci il tarixdə Yevlax RPŞ-nin əməkdaşları yaşadığı ünvana gələrək onun yaşadığı yaşadığı evin həyətində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmağında şübhəli olduğunu və həyətə baxış keçirmək istədiklərini bildirmişlər, o, etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları məhləyə baxış keçirən zaman onun əkib becərdiyi bir ədəd çətənə kolu aşkar olunmuşdur. O, həmin çətənə kolunu öz iztifadəsi üçün əkib becərdiyini və heçkimə narkotik vasitələrin satmadığını bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 05 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır; inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 208-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X3 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında material, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı), məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki,, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz ) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan Yevlax Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan təmiz çəkisi 15,93 qram olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərarın maddi sübutun məhv edilməsi hissəsində icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1048/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1048/2022
11.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver