Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-1048/2025 29.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi X3, X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ilə bağlı işi baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsinə əlavə olunmuş sənədlərlə müəyyən edilir ki, o, idarə etdiyi «Opel Astra» minik markalı **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yolda müəyyən edilmiş hərəkət surətini 46 km/saat həddində aşaraq idarə etdiyinə görə inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli elektron qərarla Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. X2 şikayət ərizəsində inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X2 09 iyul 2025-ci il tarixində, sonradan məhkəməyə ərizə ilə müraciət edərək şikayət ərizəsini baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət və protest verilə bilməz. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-1048/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-1048/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver