Məhkəmə qərarları › İş №3(039)-1064/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1064/2022

25.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1064/2022 25.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Yevlax rayonu Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə özünə məxsus atı X1 üzərinə çaparaq ona xəsarət yetirmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon Polis X2 Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, X1 müraciəti əsasında Yevlax rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılmış, Şəxs əməllərində cinayət tərkibi olmadığından istintaq bölməsi cinayət işinin başlanmasını rədd etmiş və Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon Polis X2 Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, X1 qardaşı Cəmil ilə aralarında əvvəllər dava olmuşdur. xx.xx.2022-ci il tarixdə bütün günü yaşadığı kəndin ərazisində mal-qara otarmışdır. O, yaşadığı kəndin ərazisinə axşam saatlarında gəlmişdir. Həmin günü o, at çapmamış, Yeganə Qarayeva ilə rastlaşmamış və ona heç bir xəsarət yetirməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs ilə həmkəndlidirlər və aralarında ədavətləri var. 2022-ci ilin aprel ayından qeyri rəsmi ər-arvad münasibətində yaşamış, xx.xx.2022-ci il tarixdə yaşadıqları kəndin ərazisində yol gedərkən Elgün özünə məxsus atı çaparaq onun üzərinə gəlmiş və onu vurmuşdur. Nəticədə o, huşunu itirərək yerə yıxılmışdır. O, ayıldıqdan sonra üzərində xəsarətlər olduğunu müəyyən etmişdir. Elgündən şikayətçidir və onunla barışmayıb barəsində ciddi cəza tədbiri görülməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə özünə məxsus atı X1 üzərinə çaparaq ona xəsarət yetirmişdir.; cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi, qərarın surətinin icra olunması üçün Yevlax rayon Polis X2 Bölməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin izahatı ilə yanaşı, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə İXM-nin 32.2-ci maddəsini əsas götürərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin ilk dəfə inzibati xəta törətməsini, habelə zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini də şəxsin əməlini yüngülləşdirən hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar