Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1068/2022 28.11.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X3, zərərçəkmiş şəxs X1, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi mənzil 157-də yaşayan Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 11 noyabr 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 27 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi mənzil 154 yaşayan X4 və X5 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X9 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi mənzil 154 yaşayan X4 və X5 döymüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlu məhkəmə iclasında izahat verib bildirmişdir ki, X7 ilə elti olduğunu,bir evdə yaşadığını,Solmazın onları evdən çıxarmaq istədiyini,onunla Solmaz arasında dəfələrnən bu mövzuda mübahisə olduğunu,sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axsam saatlarında Solmazın onun yoldaşı Nəbiyə “evin qabağını artıracam” dediyini,onların arasında söhbətdən sonra Solmaz qəflətən onlar olan otağa girdiyini,onun yaxasından tutub sirkələdiyini,solmazın sinəsindən itələyərək kənara durmasını dediyini,səs-küyə qonşuların yığışdığını,Solmazın çağırdığı polislərin onları araladığını,onun hec kimlə dalaşmadığını və hec kimi vurmadığını bildirərək barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki,qaynı Nəbi,həyat yoldaşı Leyla ilə birlikdə yaşadığını,lakin evi 2 hissəyə bölüb düşman kimi yaşadıqlarını,belə ki əri öldükdən sonra onların qızıyla onu bezdirib evdən çıxarmaq istədiklərini,lakin kənarda evləri olmadığı üçün məcbur orda yaşadıqlarını,bu səbəbdəndə Leyla və əri Nəbi oları incitdiklərini,sonuncu dəfə xx.xx.2022-ci il tarixdə axsam saatlarında yaşadıqları evdə Nəbini çağırıb “imkandirsa krosnunu düzəlt televizora baxa bilmirik” dediyini,Nəbi isə ona “gedin işinizlə məşğul olun sizin bu evdə yeriniz yoxdu” dediyini,qızı Mədinə çıxıb “sən mənim əmimsən niyə belə danişirsan” deyendən sonra Leyla otaqdan çıxıb bunun və qızı Mədinənin üstünə hücum çəkdiyini,onu döyməyə başladıqlarını,söyüşlər söyərək təhqir etdiyini,səs-küyə gələn qonşuların onları ayırdığını bildirmişdir.Hal hazırda Şəxs ilə barışdığını,heç bir şikayət və tələbinin olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Zərərşəkmiş şəxs X8 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki,emisi Nəbi gilnən bir evdə yaşadıqlarını,aralarında tez-tez ev üstündə mübahisə etdiklərini,sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yenidən mübahisə etdiklərini,emisi arvadı Leyla bunun və anası Solmazın üstünə hücum çəkərək buları döyməyə,söyüşlər söyərək təhqir etməyə başlamışdır.Hal-hazırda Şəxs ilə barışdıqlarını,heç bir şikayət və tələbinin olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 noyabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə Yevlax şəhəri Ü.Hacıbəyov küçəsi mənzil 154də yaşayan X4 və X5 döymüşdür. cinayət işinin başlanmasının rədd edilməsi barədə 11.11. 2022-ci il tarixli qərardan görünür ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X10 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X6 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərəçəkmişin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-1068/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1068/2022
28.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver