Məhkəmə qərarları › İş №3(039)-107/2023

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-107/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-107/2023 06.02.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidmət Alayı yol patrul xidməti inspektoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, 23.101991-ci il tarixdə Yevlax rayonu Ərəş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Ərəş kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:15-də idarə etdiyi “VAZ-2103 MİNİK” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:15-də idarə etdiyi “VAZ-2103 MİNİK” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkkət olan zaman təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəbindən idarə etdiyi avtomobili saxlayıb sürücünün sənədlərini yoxlayan zaman sürücünün narkotik sərxoşluğuna kifayət qədər şübhə olduğundan sürücü tibbi müayinədən keçirilmişdir. Müayinə nəticəsində sürücünün marixuana istifadə etməsi üməyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğuldur. xx.xx.2023-cü il tarixdə saat 21:15-də idarə etdiyi “VAZ-2103 MİNİK” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkkət olan zaman təhlükəsizlik kəmərindən istifadə etməməsi səbəbindən YPX əməkdaşları onun idarə etdiyi avtomobili saxlayıb onun sənədlərini yoxlayan zaman onun narkotik vasitələrin təsiri altında olduğunu soruşmuşlar və bundan sonra o, tibbi müayinədən keçirilmişdir. Müayinə nəticəsində onun marixuana istifadə etməsi üməyyən edilmişdir. Lakin o, narkotik vasitə olan marixuanadan bir neçə gün əvvəl istifadə etdiyini, qeyd edilən tarixdə narkotik vasitə istifadə etmədiyini, avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini saxladığını, himayəsində xəstə uşağının olmasını və avtomobili ilə uşağını həkimə aparıb gətirdiyini və əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:15-də idarə etdiyi “VAZ-2103 MİNİK” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir; 207 №-li, xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs marixuana sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan şəxsin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və ona İXM-nin 333.1-ci maddəsinin sanksiyası hədləri daxilində (daha ciddi xətaya görə) inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar