Məhkəmə qərarları › İş №3(039)-107/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-107/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-107/2024 06.03.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə xx.xx.1985-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağdam rayonunun Qullar kəndində qeydiyyatda olan, Bakı şəhəri Səbail rayonu İbrahim Xəliliov küçəsi 1 ev 1-də yaşayan X1 Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş X4 idarəsinin xx.xx.2023-cü il tarixli EQ 18717774 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 18717774 saylı qərarı ilə Elçin Xankişiyev Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 328.1 -ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilmişdir. Elçin Xankişiyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 130.1-ci maddələrində nəzərdə tutulmuş qaydada xx.xx.2024-cü ildə məhkəməyə şikayət edərək göstərmişdir ki, «Mercedes Benz E220 CDİ» minik markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobilə sonuncu etibarnamə xx.xx.2023-cü ildə onun adına rəsmiləşdirilmişdir. Həmin avtomobillə bağlı yol polsinin sistemində tərtib edilmiş bütün elektron qərarlar onun sürücülük vəsiqəsinə yazılmaqla cərimə hesablanmışdır. Bu qayda pozuntularından biri olaraq güya xx.xx.2023-cü ildə saat 07:13-də həmin avtomobili Mingəçevir-Bəhrəmtəpə yolunun Hürüuşağı kəndində Aran qəsəbəsi istiqamətində idarə etdiyi göstərilmiş və surət həddini aşdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilmişdir. Sürücülük hüququ müvəqqəti məhdudlaşdırıldığından avtomobil idarə etməmişdir. Barəsində tərtib edilmiş qərarda Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin həddi aşılaraq üç yüz manat cərimə edildiyini qeyd etməklə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 18717774 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Elçin Xankişiyev rayon məhkəməsinə məhkəmə iclasının onun işitrakı olmadan keçirilməsi və şikayətinin təmin olunması barədə xx.xx.2024-cü il tarixli ərizə ünvanlamışdır. Protokolu barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 idarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumat verilmiş, lakin o heç bir səbəb göstərmədən gəlməmişdir. Məhkəmə işə protokolu barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, Elçin Xankişiyevin şikayəti qismən təmin edilərək onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 idarəsinin xx.xx.2023-cü il tarixli EQ 18717774 saylı qərarı dəyişdirilməlidir. Belə ki, məhkəmədə elan olunmuş sənədlərdən görünür ki, «Mercedes Benz E220 CDİ» minik markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyat şəhadətnaməsinə əsasən xx.xx.2018-ci ildən Əzizova iradə ibrahim qızının mülkiyyəti olmuşdur. Həmin avtomobil xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixə qədər etibarnamə əsasında Elçin Xankişiyevin istifadəsində olmuşdur. Elçin Xankişiyevin AF 011820 nömrəli sürücülük vəsiqəsi olmuşdur. Elçin Xankişiyev xx.xx.2023-cü ildə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinmiş və onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Bundan sonra Elçin Xankişiyev xx.xx.2023- cü ildə saat 07:13-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonu Hürüuşağı kəndində Aran qəsəbəsi istiqamətində «Mercedes Benz E220 CDİ» minik markalı ** LR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 18717774 saylı qərarı ilə üç yüz manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş X4 idarəsinin xx.xx.2023-cü il tarixli EQ 18717774 saylı qərarında Elçin Xankişiyevin Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilməsinə və həmin maddənin sanksiyasında on manat cərimə nəzərdə tutulmasına baxmayaraq, Elçin Xankişiyev üç yüz manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə belə hesab edir ki, Elçin Xankişiyevin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin saknsiyası həddində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.2 -135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-ci maddəsinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34- cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 18717774 saylı qərarından verdiyi şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib, üç yüz manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 18717774 saylı qərarı dəyişdirilsin. X1 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib, on manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar