Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1070/2025 22.07.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X9 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Səlahiyətli orqanın nümayəndəsi X2, inzibati xəta haqqında qərardan şikayət vermiş X3 iştirakları ilə, Yevlax Rayon Polis X10 Polis Bölməsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 Rayon Polis X10 Polis Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından şikayət verərək, həmin protokolun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi avtomobili sərxoş vəziyyətdə idarə etmədiyi halda ona əsassız olaraq avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün cərimə yazmışdır. Məhkəmə iclasında iştirak edən X4 şikayətini müdafiə edərək, Yevlax Rayon Polis X10 Polis Bölməsinin xx.xx.2025-ci il tarixli qərarın əsassız olduğunu, protokolda artıq maddələrin əlavə edildiyini bildirdi. Qərarın ləğv olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılarkən onun sərxoşluq halı yoxlanmışdır. Tibbi müayinə zamanı sərxoş olması müəyyən olunmuşdur. Hesab edir ki, daxili orqanı, mədəsi narahat oladuğu üçün qazlı su içdiyi üçün sərxoşluq faktı müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən səlahiyətli orqanın nümayəndəsi X5 izahat verərək bildirdi ki, şəxs əvvəlcə polisin saxla əmrinə tabe olmamışdır, həmin faktı təsdiq edəcək video-görüntüdə mövcuddur. Sənan Mehtiyev saxlanıldıqdan sonra tibbi müayinə edilib və sərxoş olduğu məlum olmuşdur. Hətta özüdə içki içdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları, video-çəkilişi məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, X4 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən, inzibati qərar əsasında X3 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Yevlax Rayon Polis X10 Polis Bölməsinin xx.xx.2025-ci il tarixdə qəbul edilmiş TP ******* saylı inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Yevlax Rayon Polis X10 Polis Bölməsinin xx.xx.2025-ci il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-1070/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1070/2025
22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver