Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1072/2022 13.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2, X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax şəhəri İ.Quliyev küçəsi ev 12-də yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-1403/2020 №-li, 10 avqust 2020-ci il tarixli, Yevlax Rayon 1 saylı Notariat ofisinin 8İ-4221 №-li, 29 dekabr 2021-ci il tarixli və Yevlax Rayon Məhkəməsinin 2(039)-1721/2022 №-li, 18 avqust 2022-ci il tarixli icra sənədləri üzrə cəmi 3889 manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1403/2020 №-li, 10 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs oğlundan 1130 AZN borcun, 118.28 AZN cərimə borcunun, 30 AZN məbləğində dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumu tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, Yevlax Rayon 1 saylı Notariat ofisinin 8İ- 4221 №-li, 29 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 1328,26 manat tutulub Kapital Bank ASC-ə ödənilməsi və Yevlax Rayon Məhkəməsinin 2(039)-1721/2022 №-li, 18 avqust 2022-ci il tarixli icra sənədinə əsasən 1283 manat məbləğində pul alınıb X4 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yer müəyyən edilməmişdir. Bu səbəbdən də borclu Şəxs yerinin müəyyən edilməsi məqsədilə 24 noyabr 2022-ci il tarixdə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Yevlax Rayon Polis Şöbəsinə göndərilmiş və Yevlax rayon Polis şöbəsində borclu barəsində axtarış işi açılmışdır. Borclu Şəxs yeri Yevlax Rayon Polis Şöbəsi tərəfindən müəyyən edilərək şöbəyə gətirilmişdir. Borclu Şəxs ödənilməmiş 3889 manat borcunun ödənilməsi tələb edilmiş və o, 02 dekabr 2022-ci il tarixdə şöbəyə verdiyi izahatında heç yerdə işləmədiyini bildirərək tələbkarların xeyrinə heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bununla da borclu Şəxs onun qanuni tələblərini yerinə yetirmədiyinə və icra sənədini üzürsüz səbəbdən icra etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X5 izahat verərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-1721/2022 №-li, 18 avqust 2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1283 manat məbləğində borcu yaranmışdır. Hazırda borclu Şəxs ilə borcun ödənilməsi barədə razılığa gəlmişdir. Nəzərə alınmasını xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun icra sənədi üzrə 1130 manat borcun, 118.28 manat cərimə borcunun tələbkar Ferrum Capital MMC-ə verilməsinə dair Yevlax Rayon Məhkəməsinin 2(039)-1403/2020 №-li, 10 avqust 2020-ci il tarixli qətnaməsi barədə məlumatı olmamış və qətnamənin surətini almamışdır. Qətnamənin surətini aldıqdan sonra borcunu ödəyəcəkdir. Həmçinin Yevlax Rayon 1 saylı notariat ofisinin 8İ-4221 saylı, 29 dekabr 2020-ci il tarixli icra sənədi barədə heç bir məlumatı olmamışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-1721/2022 №-li, 18 avqust 2022-ci il tarixli icra sənədinin isə maddi vəziyyətinin ağır olması səbəbindən tələbkar Azər Qəhrəmanovun xeyrinə ödəniş edə bilməmişdir. Hazırda tələbkar Azər Qəhrəmanov ilə borcun ödənilməsi barədə razılığa gəlmişdir. İnzibati işə xitam verilməsini xahiş etdi. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmovun, tələbkar Azər Qəhrəmanovun və borclu Şəxs izahatlarını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)- 1403/2020 №-li, 10 avqust 2020-ci il tarixli qətnaməsinin surəti borclu Şəxs rəsmi qaydada təqdim edilməmiş və Yevlax Rayon 1 saylı notariat ofisinin 8İ-4221 saylı, 29 dekabr 2020ci il tarixli icra sənədi barədə məlumatı olmamışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)- 1721/2022 №-li, 18 avqust 2022-ci il tarixli icra sənədi ilə əlaqədar olaraq borcun ödənilməsi barədə borclu Şəxs tələbkar Azər Qəhrəmanov ilə razılığa gəlmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1072/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1072/2022
13.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver