Məhkəmə qərarları › İş №3(039)-1073/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1073/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1073/2022 05.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 05 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00-da Yevlax şəhəri F.Kərimov küçəsində ictimai yerdə ictimai qaydanı pozmuşdur. Bundan sonra onun narkotik maddə olan “kakos”-dan istifadə etməsi müəyyən olunmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs mütamadi olaraq yaşadığı evdə səs-küy salması barədə atası Elçin Teymurovun şikayətləri əsasında bir dəfə həmin ünvana getmiş. Lakin o, Şəxs yaşadığı ünvana getdiyində, Elnur onu görərək qaçmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Elnurun atası Elçinin şikayəti əsasında təkrarən həmin ünvana getdikdə o, Elnurun yaşadığı evin qarşısında səs-küy saldğının şahidi olmuş. Bundan sonra o, Şəxs yaxınlaşaraq səs-küy salmamasını və onunla birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişdir. Lakin Elnur polis şöbəsinə getməmək üçü səs-küy salmışdır. Bundan sonra o, Şəxs rayon polis şöbəsinə aparmışdır. Şəxs rayon polis şöbəsində olarkan onda narkotik sərxoşluöundan şübhələnərək Elnuru sərxoşluq muayinəsindən keçirtmiş və onda OPİ “kokos” (opium qrupu +) sərxoşluğu müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilmərək bildirmişdir ki, son 2-3 ay olar ki, narkotik maddələrdən istifadə edir. Sonuncu dəfə təxminən on gün əvvəl psixotrop maddə olan “kokos”-dan istifadə etmişdir. Bundan başqa o,əsəbi olduğu üçün ara-bir ailə üzvləri ilə mübahisəsi olur. Sonuncu dəfə xx.xx.2022ci il tarixdə yaşadıqları evin yerləşdiyi küçədə atası ilə mübahisə edərək səs-küy salmışdır. Bundan sonra polis əməkdaşı gələrək ona rayon polis şöbəsinə getməyi təklif etmiş. Lakin o, rayon polis şöbəsinə getməməsi üçün küçədə səs-küy salmışdır. Bundan sonra o, saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, Şəxs onun oğludur. Oğlu Elnur əvvəllər ağıllı və ailəsininin qədrini bilən övlad olmuş, lakin son 2-3 ay olar ki, o, narkotik aludəçisi olmuş və bundan sonra mütəmadi olaraq yaşadıqları evdə ailə üzvləri və küçədə qonşularla mübahisə edib münaqişə yaradır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə yaşadıqları evin yerləşdiyi küçədə oğlu Elnurla aralarında mübahisələri baş vermişdir. Bundan sonra o, rayon polis şöbəsinə şikayət etmişdir. Hazırda oğlu Şəxs şikayətçi olduğunu və onun barəsində həbs növündə inzibati tənbeh tədbirin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Şahid məhkəməyə yazılı ərizəsini təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 05 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00-da Yevlax şəhəri F.Kərimov küçəsində ictimai yerdə ictimai qaydanı pozmuşdur. Bundan sonra onun narkotik maddə olan “kakos”-dan istifadə etməsi müəyyən olunmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2022-ci il tarixli inzibati xəta törətmiş şəxsi tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00-da tutulmuşdur; 1024 №-li, xx.xx.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq hallarının bütün növlərinin vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs Narkotik vasitələrin təsiri halı (OPİ “kokos” (opium qrupu +)) müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi barəsində inzibati icraat aparılan şəxsin izahatı ilə yanaşı, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı) və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 03 dekabr 2022-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar