Məhkəmə qərarları › İş №3(039)-1074/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1074/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1074/2022 05.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə Yevlax Rayon Polis X2 Bölməsinin polis sahə rəisi, polis leytenantı X4, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Varvara kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs 28 oktyabr 2022-ci il tarixdə saatr 11 radələrində Yevlax rayonu Varvara kəndində yaşadığı evdə həyat yoldaşı X6 döymüşdür. Məhkəmə iclasında polis sahə rəisi, polis leytenantı Xəzər Ağamalıyev bildirmişdir ki, Yevlax rayonu Varvara kəndində yaşayan X9 28 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin “102” xidməti zəng mərkəzi sisteminə zəng edərək və Yevlax rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, həyat yoldaşı Şəxs onu, anası X1 və X5 döyülməsi barədə məlumat vermişdir. Aynur Rəsulovanın müraciəti əsasında toplanmış material üzrə Yevlax Rayon Polis X3 təhqiqatçısı, polis kapitanı X7 cinayət işinin başlanmasının rədd edilməsi haqqında 07 noyabr 2022-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində inzibati qaydada tədbir görülməsi üçün Yevlax Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etmişdir. Raporta əsasən tərəfindən araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, X9 onun həyat yoldaşıdır. O, ailəsi ilə birlikdə Yevlax rayonu Varvara kəndində yaşayır. 28 oktyabr 2022-ci il tarixdə Aynurunun anası Xalidə və atası Nizami onların yaşadı evə gələrək Aynuru ona qarşı qızışdırmış və Aynur onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, əsəbləşərək Aynur Rəsulovanın üzünə bir dəfə sillə vurmuş, lakin Xalidə Məhərrəmovanı və Nizami Məhərrəmovu vurmamış və onlara heç bir xəsarət yetirməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. 05 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 28 oktyabr 2022-ci il tarixdə həyat yoldaşı X6 döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d i: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar