Məhkəmə qərarları › İş №3(039)-1075/2025

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1075/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1075/2025 01.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X22 Əliyar oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X10, Hüquqi şəxs "RƏŞAD TK MMC" - nin təsisçisi X3 iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax rayon prokurorluğu "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə № 25-1-2-2-459-0003-1 nömrəli 30 iyun 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs "RƏŞAD TK MMC"-ni təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs hüquqi şəxsin direktoru X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49-cu maddələrinin tələblərini pozaraq X14, X15, X18, X6 və X16 ilə əmək müqavilələri bağlamayaraq və həmin müqavilələrin bildirişlərini elektron informasiya sisteminə daxil etməyərək onları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2024-cü ilin aprel ayından avqust ayının sonlarınadək ötən müddət ərzində aralarında bağlanmış xidməti müqaviləyə əsasən sifarişçi "xxxx" ASC-nin Yevlax şəhəri, Heydər Əliyev prospekti 79 ünvanında yerləşən anbarında fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X19 çıxış edərək bildirmişdir ki, hüquqi şəxsin direktoru X13 Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozaraq X14, X15, X18, X6 və X16 ilə əmək müqavilələri bağlamayaraq fəhlə kimi işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasında hüquqi şəxs "RƏŞAD TK MMC" - nin təsisçisi X11 bildirmişdir ki, o, "xxxx" MMC təsisçisidir. "xxxx" MMC-nin direktoru isə X7r. Fəhlələr daimi olmadıqlarından vaxtaşırı lazım olanda işə cəlb olunduqlarından onlarla əmək müqaviləsi bağlanmamışdır. Fəhlələr günəmuzd işləmişlər. Həmin şəxsləri yəni X14, X15, X18, X6 və X12 şahid kimi məhkəməyə dəvət etsə də onlar məhkəmə iclasına gəlməyiblər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 29 may 2025-ci il tarixli qərardan görünür ki, X8 xüsusi mülkiyyətə vurmuş olduğu 30248,41 manat məbləğində ziyan və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 7562,12 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən onun barəsində Azərbaycan Respublikası CM-in 73-1.2-ci və Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi və X2 cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs X4 xüsusi mülkiyyətə vurmuş olduğu 11684,88 manat məbləğində ziyan və cinayət məsuliyyətindən azad olunmaq üçün ödənilməli olan 2921,22 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənildiyindən onun barəsində Azərbaycan Respublikası CM-in 73-1.2-ci və Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi və X4 cinayət məsuliyyətindən azad edilməsi, X8 tərəfindən dövlət büdcəsinə ödənilmiş 7562,12 manat pul vəsaiti və təqsirləndirilən şəxs X4 tərəfindən dövlət büdcəsinə ödənilmiş 2921,22 manat pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabından Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı hesabına ödənilməsi, X2 və X1 əməllərində Azərbaycan Respublikası CM-in 179.2.1, 179.2.2 və 308.1 maddələrinin tərkib əlamətləri olmadığından onlar barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Cinayət işi üzrə icraata xitam verildiyindən təqsirləndirilən şəxs X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və qərar icra edilməsi üçün Ağdaş rayon polis şöbəsinə göndərilməsi, işəgötürən hüquqi şəxs (VÖEN **********) "xxxx" MMC və həmin müəssisənin direktoru, vəzifəli şəxs X13 (FİN:8FVU6NE) barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması məsələsinə baxılması üçün qərarın surətinin rayon prokuroruna təqdim olunması, qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yevlax rayon prokuroruna təqdim edilməsi, İcraatına xitam verilmiş ********* nömrəli cinayət işi saxlanması üçün Yevlax rayon prokurorluğunun arxivinə təhvil verilməsi barədə qərara qəbul edlmişdr. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 30 iyun 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara qəbul edlmişdr. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X5 dindirilməsi haqqında protokoldan görünür ki, o, 2024-cü ilin aprel ayının xatırlamadığı günündən "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Yevlax rayonunda yerləşən Yevlax Regional anbarında fəhlə kimi işləmişdir. Təxminən 2024-cü ilin avqust ayının son günlərindən orada işləmir. Onu "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Yevlax rayonunda yerləşən Yevlax Regional anbarında fəhlə kimi işləyən Səbuhi adlı anbar müdiri dəvət etmişdir. Orada Azad, Yamən, Cəlal və Xəyal adlı şəxslərlə birlikdə fəhlə kimi işləmişlər. Orada işləməkləri ilə bağlı onlarla əmək müqaviləsi bağlanmamış və onlar əmək müqaviləsinin bağlanmasını tələb etməmişlər. "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASCnin Yevlax rayonunda yerləşən Yevlax Regional anbarından maşınlara yüklənən və boşalan hər kisə üçün 0,20 qəpik məbləğində əməkhaqqı almışlar. Bir kisə yükün daşınması üçün onlara ümumilikdə 0,20 qəpik məbləğində pul ödənilmiş, həmin pulu onlar saylarına görə bərabər hissəyə bölmüşlər. Onlara ödənilən əmək haqqı onun istifadəsində olan "xxxx" ASC-yə məxsus 4169-7388-4228-3289 nömrəli kart hesabına ödənilmiş və o həmin pulu nağdlaşdıraraq bərabər hissəyə bölərək digər fəhlələrə vermişdir. Onlara yük daşımaya görə əmək haqqını "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin müqavilə bağladığı adını bilmədiyi şirkətin əməkdaşı Rəşad adlı şəxs ödəmişdir. Əmək haqqılar onlara qeyri rəsmi ödənilmişdir. Onlara ödənilən əmək haqqı anbar müdiri tərəfindən hesablanaraq Rəşad adlı şəxsə göndərilmiş Rəşad adlı şəxs həmin pulu istifadəsində olan kart hesabına göndərmişdir. 2024-cü ilin iyun ayının son günlərində Səbuhi adlı anbardar işdə etdiyi nöqsanlara görə vəzifəsindən azad olunmuş, onun vəzifəsinə Hikmət adlı şəxs təyin olunmuşdur. Hikmət adlı şəxs həmin vəzifəyə təyin olunandan sonra onlar onunla az müddət işləmişlər və bir müddət onunla işləməmişlər. 2024-cü ilin avqust ayında Səbuhi onlarla əlaqə saxlayaraq Hikmət adlı şəxsin fəhlə axtardığını və onların onunla işləməyini təklif etmişdir. İşləri olmadığına görə onlar Səbuhinin təklifi ilə razılaşaraq "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin Yevlax rayonunda yerləşən Yevlax Regional anbarına gedib orada Hikmət adlı şəxslə işləmişlər. 2024-cü ilin avqust ayının xatırlamadığı günündə Hikmət onlara anbarda olan mallarda əskiklik odluğunu və bu səbəbdən anbarda yığılan malların orta hissəsinə taxta-palit yığmaqlarını bildirmişdir. Anbarda olan malların hansı səbəbdən əskik olması barədə onun məlumatı olmamışdır. Çünki anbarda olan mallara nəzarəti və cabahdehliyi Hikmət özü daşıyırdı. Onlar Hikmətlə razılaşandan sonra anbarda olan malları səliqəli formada yığdıqdan sonra Hikmətin tapşırığı və iştirakı ilə malların ortasına taxta-palit qoymuşlar. Sonradan bilmişlər ki, Hikmətin malların ortasına taxta-palit yığdırmasına səbəb mal əskikliyini ortadan qaldırmaq olmuşdur. Çünki mallar üstdən sayıldığı üçün içərisində olan hissəsi sayılmır. Hikmət onlara hər kisənin daşınması üçün 0,20-0,25 qəpik məbləğində olmaqla ümumilikdə ona 150 manat məbləğində pul vermişdir. Onlar orada işləyən zaman Səbuhi adlı şəxs orada olmamış, Hikmət adlı şəxs orada olmuşdur. Onun "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC- nin Yevlax rayonunda yerləşən Yevlax Regional anbarında fəhlə kimi işləməyi ilə bağlı xatırlamadığı məbləğdə əmək haqqı almış, lakin onunla heç kim əmək müqaviləsi bağlamamış və ona rəsmi əməkhaqqı ödənilməmişdir. Ona ödənilən əmək haqqı əlbəəl olaraq verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş X14, X18, X6 və X9 dindirilməsi haqqında protokollardan görünür ki, onlarda X15 ilə onaloji ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 29 mart 2024-cü il tarixli №RTK-AİTŞ-01/24 saylı xidmət müqaviləsindən görünür ki, "Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin (sifarişçinin) tapşırığı ilə "xxxx" MMC (icraçı) malların anbara yüklənməsi və anbardan boşaldılması üçün malların anbar arası transferi və sair işlərin görülməsi üçün sifarişçini mütamadi olaraq fəhlələr ilə təmin edir, sifarişçi isə icraçının göstərdiyi mütamadi xidmətin əvəzində ona müqavilə ilə nəzərdə tutulan xidmət haqqı ödəyir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar, inzibati materialda olan digər sənədlərin qarşılıqlı tədqiqi nəticəsində əldə edilmiş sübutların məcmusunu hərtərəfli, tam və obyektiv surətdə qiymətləndirib, mövcud sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən vətəndaşlar X14, X15, X18, X6 və X16 ilə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktının təsbit edilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən tərtib edilmiş 30 iyun 2025-ci il tarixli № 25-1-2-2-459-0003-1 nömrəli Qərar ilə müəyyən olunan inzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapmış və bu halın həqiqiliyi mübahisə doğurmur. "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli Qanununun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək yazılı bağlanılmış və qüvvədə olan əmək müqavilələri barədə əmək müqaviləsi bildirişləri müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində qeydiyyata alınması məqsədi ilə işəgötürənlər tərəfindən 2014-cü ilin 1 iyul tarixinədək həmin elektron informasiya sisteminə daxil edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra- elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi "xxxx" MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7 və 49cu maddələrinin tələblərini pozaraq X14, X15, X18, X6 və X16 ilə əmək müqavilələri bağlamayaraq müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın "xxxx" MMC tərəfindən törədilməsi məhkəmə iclasında əldə edilmiş mötəbər sübutların məcmusu ilə tam şəkildə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 146 və 147-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar