Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1076/2022 06.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Yevlax rayonu Havarlı kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Məddiyev X4 Şəhər Məhkəməsinin 2(051)-373/2017 №-li, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən, yaranmış 4074 manat məbləğində aliment borcunu ödəməkdən yayınmışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətasını törətmişdir. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-373/2017 №-li, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 04 iyul 2012-ci təvəllüdlü Muxtar adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 117 manat alient hər ay tutulub X2 verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilmişdir. Borclu Şəxs həmin borcdan tələbkar Nuranə Məddiyevanın xeyrinə ödəniş etməmiş, hazırda 4074 manat məbləğində aliment borcu yaranmışdır. Borclu Şəxs qanunvericiliyin tələbləri izah edilməsinə baxmayaraq tələbkar Nuranə Məddiyevanın xeyrinə tam şəkildə ödəniş etməmiş və icra sənədinin icrası ilə əlaqədar onun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, icra sənədi üzrə bildirişləri almış. Onun icra sənədi üzrə tələbkar Nuranə Məddiyevaya 4074 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda yaranmış 4074 manat məbləğində borcundan tələbkar Nuranə Məddiyevaya 300 manat məbləğində ödəniş etmiş, qalan borcunu hissə-hissə ödəyəcəkdir. Bu səbəbdən hazırkı, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati işə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar X3 xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlmədiyinə görə məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə əlavə edilmiş ********* №-li, 06 dekabr 2022-ci il tarixli mədaxil qəbzinin surətinən görünür ki, tələbkar Nuranə Məddiyevanın (Paşayevanın) xeyrinə 300 (üç yüz) manat məbləğində pul ödənilmişdir. Məhkəmə borclu Şəxs izahatını və icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmovun çıxışını dinləyib, işdə olan sənədləri baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı müəyyən edildi ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(051)-373/2017 №-li, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 2 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat dövlət büdcəsindən tutularaq Yevlax Rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1076/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1076/2022
06.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver