Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-108/2020 19.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax Rayon Məhəkəməsində ictimai yerdə ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X10 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Yevlax Rayon Məhəkəməsinin inzibati binasında vəkil Məmmədov Fərhad Möhübbət oğlunu və X11 söyüb təhqir etmişdir. Məhkəmə iclasında dindirilmiş Şəxs özünü təqsirli bilməyərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə tanıdığı Vəli Abdullayevin işi ilə əlaqədar Yevlax Rayon Məhəkəməsinə gəlmişdir. Məhkəmənin inzibati binasında məhkəmə zalında prosesdən əvvəl o, vəkil Məmmədov Fərhad Möhübbət oğlununun iş üzrə gəlmiş şahidlərə təsir göstərdiyini görüb müdaxilə eməməsini xahiş etmişdir. Bundan sonra vəkil Məmmədov Fərhad Möhübbət oğlu və X15 şahidlərə heç bir göstəriş vermədiklərini bildirdikdən sonra heç bir səbəb olmadan onu söyüb təhqir etmişlər. Bundan sonra onlara eyni sözlərlə cavab qaytardığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 çıxış edərək bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə məhkəmə işi olduğundan Yevlax Rayon Məhəkəməsinə gəlmişdir. Yevlax Rayon Məhəkəməsin inzibati binasında məhkəmə zalında prosesdən əvvəl o, vəkili Məmmədov Fərhad Möhübbət oğlu ilə işini müzakirə edərkən Şəxs, X19 və X16 heç bir səbəb olmadan onu, onun ərini və vəkilini məhkəmə zalında insanların gözü qarşısında söyüb təhqir etdikdən sonra, özünü və Bakı şəhərində yaşayan qızlarını öldürməklə hədələmişdilər. X20, X13 və X17 məhkəmə iclasında şahid qismində dindirilərkən şahid X6 ifadəsini təsdiq edərək eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində Yevlax Rayon Məhəkəməsində ictimai yerdə ictimai qaydanı pozaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2020-ci il tarixli X6 ərizəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə Yevlax Rayon Məhəkəməsin inzibati binasında məhkəmə zalında prosesdən əvvəl Şəxs, X19 və X7 heç bir səbəb olmadan onu və vəkilini məhkəmə zalında insanların gözü qarşısında söyüb təhqir etmiş və özünü və Bakı şəhərində yaşayan qızlarını öldürməklə hədələmişdilər; xx.xx.2020-ci il tarixli X8 izahatından görünür ki, Yevlax Rayon Məhəkəməsin inzibati binasında məhkəmə zalında prosesdən əvvəl Şəxs, X19 və X7 heç bir səbəb olmadan eltisi X11, əri X14, baldızı X9, onu məhkəmə binasında insanların gözü qarşısında söyüb təhqir etmişdir; xx.xx.2020-ci il tarixli X4 izahatından görünür ki, Yevlax Rayon Məhəkəməsin inzibati binasında məhkəmə zalında prosesdən əvvəl Şəxs, X19 və X7 heç bir səbəb olmadan X11, arvadı X12, bacısı X9, onu məhkəmə binasında insanların gözü qarşısında söyüb təhqir etmişdir; xx.xx.2020-ci il tarixli X5 izahatından görünür ki, Yevlax Rayon Məhəkəməsin inzibati binasında məhkəmə zalında prosesdən əvvəl Şəxs, X19 və X7 heç bir səbəb olmadan X11, qardaşı X14, gəlinləri X12, onu məhkəmə binasında insanların gözü qarşısında söyüb təhqir etmişdir; xx.xx.2020-ci il tarixli X1 izahatından görünür ki, Yevlax Rayon Məhəkəməsin inzibati binasında məhkəmə zalında prosesdən əvvəl o, Şəxs və X19 heç bir səbəb olmadan X11, onun vəkili Məmmədov Fərhad Möhübbət oğlunu, X14, X9 və X12 söyüb təhqir etməmişdir və ona şər böhtan atırlar; xx.xx.2020-ci il tarixli Şəxs izahatından görünür ki, Yevlax Rayon Məhəkəməsin inzibati binasında X15 və qohumları adlarını bilmədiyi şəxslər onu, arvadı X18i və qonşusu X3 söyüb təhqir etməmişlər. Fariz adlı şəxs gələrək onu təhqir etmiş, o, cavab olaraq şikayətinin olduğu təqdirdə polis şöbəsinə getməyi təklif etmişdir. Lakin o, onları polis şöbəsinə aparmamışdır.Bundan sonra o və X7 DİN-nin “102” xidmətinə zəng edib məlumat verərək çıxıb getmişlər. O, X11 və onun qohumlarını söyüb təhqir etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidlərin izahatı eləcə də,inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №3(039)-108/2020
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-108/2020
19.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver