Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-108/2025 10.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru Quliyev Ələsgər, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nın iştirakı ilə, xx.xx.1988-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu Kövər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” 07 noyabr 2024-cü il tarixli qərar və onun əsasında tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs həyat yoldaşı X3 döymüşdür. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Quliyev Ələsgər məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək, Əsəbi olduğu üçün bu əməli etdiyini bir daha belə hala yol verməyəcəyinid bildirmişdir. Məhkəməyə Şəxs ərizə ünvanlayaraq X5 ilə barışdığını ona dəymiş zəəri ödədiyini və barəsində olan icraata xitam veriləsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə ünvanlayaraq zərərçəkmiş şəxslə barışdığını və ondan hç bir şikayət və tələbinin omadığını bildirərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Şəxs həyat yoldaşı X3 döymüşdür. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 07 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs nın əməlində cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılması üçün qərarın surəti Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Patoloji anatomiya birliyinin 28 oktyabr 2024-cü il tarixli 678 saylı ekspertiza rəyindən görünür ki, X1 aşkar edilmiş xəsarət-sol almacıq nahiyyəsinin şişkinliyinin qançırı, sol gözətrafı nahiyənin qançırı, şişkinliyi küt alətin təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir.Qeyd olunan xəsarətlər sağlamlığa zərə vurmur və bu əlamətə görə dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs qızının törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs qızı tərəfindən X4 zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokolla və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə Şəxs qızının məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı zərəçəkmişin müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-108/2025
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-108/2025
10.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver