Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1080/2022 07.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Yevlax Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3, X1 Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1985-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Yevlax rayonu Kövər kəndində yaşayan. Şəxs barəsində Yevlax Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəməyə təqdim olunmuş protokolda qeyd olunur ki, Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-539/2022 №-li, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə öhdəliyi icra etməkdən imtina etmiş və 500 manat pulu ödəməkdən yayınmışdır. İcra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmov məhkəmə iclasında çıxış edərək bildirdi ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-539/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Yevlax rayonu, Kövər kəndində yerləşən X1 RX seriyalı ******* nömrəli çıxarışla xüsusi mülkiyyətində olan 0.2969 ha torpaq sahəsinə gediş-gəliş yolunun üzərində borclular Şəxs, X12 və X9 tərəfindən qoyulmuş taxta qapı, dəmir tor və ot tayası götürülsün. Borclular Şəxs, X7 və X5 400 manat hüquqi yardım üçün ödənilmiş pul və 100 manat dövlət rüsumu tutularaq X2na verilməlidir. İcra sənədinin icrası ilə əlaqədar borclu Şəxs rəsmi bildiriş və icraata başlamaq haqqında qərar göndərilməsinə baxmayaraq icra sənədini icra etməmiş, tələbkarın xeyrinə heç bir ödəniş etməmiş və öhdəliyi icra etməmişdir. Borclu Şəxs ödənilməmiş 500 manat borcunun ödənilməsi tələb edilmiş və o, xx.xx.2022-ci il tarixdə şöbəyə verdiyi izahatında ona vaxt verilməsini bildirmişdir. Ona görə də borclu Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Borclu Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, icra sənədi üzrə 170 manat məbləğində pulu tələbkar Ramin Hümbətova verilməsi üçün icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Elmidar Rüstəmova təqdim etmişdir. İcra sənədinin ot tayasının götürülməsi hissəsinin icrasına 2023-cü ilin mart ayınadək möhlət verilməsi barədə məhkəməyə ərizə vermişdir. X2 məhkəmə iclasına izahat verərək bildirdi ki, borclu Şəxs Yevlax Rayon Məhkəməsinin 2(039)-539/2022 №-li, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ödənilməli olan 500 manat məbləğində pul ödənilməmiş və öhdəliyi yerinə yetirməyərək mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş yolunun üzərində olan ot tayasının götürülməsini təmin etməmişdir. Ona görə də borclu Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 çıxışını, borclu Şəxs və X1 izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq belə hesab edir ki, inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkindirməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə iclası zamanı iş materiallarına baxış keçirilərək müəyyən edildi ki, borclu Şəxs tərəfindən Yevlax Rayon Məhkəməsinin 2(039)-539/2022 №-li, xx.xx.2022-ci il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə təqdim etmişdir. Eyni zamanda qeyd edilən qətnamə ilə tutulacaq məbləğin 1/3 hissəsini ödəmişdir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 105.1-ci maddələrinin tələblərinə görə inzibati xəta tərkibi olmadıqda icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1 və 128.2.1-ci maddələrinin tələbini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Yevlax şəhər Vəkil Bürosunun Vəkil göstərdiyi 01 (bir) saat 30 (otuz) dəqiqə hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 09 (doqquz) manat dövlət büdcəsindən tutularaq Yevlax şəhər Vəkil Bürosunun vəkili Vəkil ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1080/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1080/2022
07.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver