Məhkəmə qərarları › İş №3(039)-1081/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1081/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1081/2022 21.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs: Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olan “X1 Kombinatı” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 07 dekabr 2022-ci il tarixli 11000-04613/22 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Göyçay rayonu Çayarxı kəndində qeydiyyatda olan “X1 Kombinatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN:**********) tərəfindən təmir üçün göndərilən “Ünsa makina” markalı UMPC550 tipli, seriya nömrəsi 201005 olan “Meyvə şirələri və anoloji içkilərin istehsalı üçün presləmə avadanlığı yükü xx.xx.2022-ci il tarixdə **********1748 saylı gömrük bəyannaməsilə “xaricdə emal” xüsusi gömrük proseduru altında Yevlax gömrük postunda rəsmiləşdirilərək Türkiyə Respublikasına göndərilmişdir. xx.xx.2022-ci il tarixdə “X1 Kombinatı” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2022-ci il tarixdə **********1748 saylı gömrük bəyannaməsilə ixrac edilmiş yükün “təkrar idxal” gömrük prosedurunda rəsmiləşməsi üçün **********1726 saylı gömrük bəyannaməsilə Yevlax gömrük postuna müraciət etmişdir. Gömrük əməkdaşı tərəfindən 99CN826/99ZX826 nömrə nişanlı nəqliyyat vasitəsilə gətirilən “Ünsa makina” markalı UMPC550 tipli, seriya nömrəsi 201005 olan “Meyvə şirələri və anoloji içkilərin stehsalı üçün presləmə avadanlığı yükünün eyniləşdirilməsi aparılarkən avadanlığın bəzi hissələrinin dəyişdirilməsi şübhə doğurmuş və bu səbəbdəndə qeyd edilən avadanlığın foto şəkilləri çəkilərək müvafiq rəy alınması üçün Mərkəzi gömrük ekspertizasına göndərilmişdir. Qeyd edilən yük 99CN826/99ZX826 nömrə nişanlı nəqliyyat vasitəsində saxlanılmış və AZDGK 124 nömrəli gömrük təminatı vurularaq akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə qeyd edilən nəqliyyat vasitəsinin saxlanıldığı yerdə olmadığı aşkar edilmiş, 99CN826/99ZX826 nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş AZDGK 124 nömrəli gömrük təminatı MMC-nin nümayəndəsi tərəfindən qırılaraq gömrük nəzarəti altında saxlanılmış “Ünsa makina" markalı UMPC550 tipli, seriya nömrəsi 201005 olan “Meyvə şirələri və anoloji içkilərin istehsalı üçün presləmə avadanlığı yükünün MMC-nin anbarına qoyulduğu müəyyən edilmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1- ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş və naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş Qərb Baş Gömrük İdarəsinin və hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu inzibati xəta haqqında iş üzrə icraat materialları ilə əlaqəli araşdırıb qeyd edir ki, “X1 Kombinatı” MMC Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, sənədlərə əsasən, “X1 Kombinatı” MMC-nin daxil olmuş yük avomaşınının yük yerinə vurulmuş gömrük təminatının (plomb) gömrük orqanının icazəsi olmadan məhv edildiyi və gömrük nəzarəti altında olan malların sözügedən yük avtomaşınından gömrük orqanının icazəsi olmadan boşaldığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən, gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 9.1 -ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə, inzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq hesab edir ki, “X1 Kombinatı” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinməli və daha ciddi xətaya görə müəyyən edilmiş həddə cərimə ilə tənbeh edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114- 115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: “X1 Kombinatı” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar