Məhkəmə qərarları › İş №3(039)-1085/2022

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1085/2022

08.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1085/2022 08.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Gəncə şəhəri Kəpəz rayonu H.Əliyev prospekti 265 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 08 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitə sərxoşluğu vəziyyətində polisin qanuni tələbinə tabe olmamışdır. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X7 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, xx.xx.2022-ci il taixdə Yevlax RPŞ-nin əməkdaşları Yevlax rayonu Yuxarı Qarxun kəndinin ərazisində xidmətdə olarkən gecə saatlarında kəndin ərazisində “Chevrolet” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaranlıq yerdə dayandığını görüb həmin avtomobilə yaxınlaşmışlar. Polis əməkdaşları avtomobilə yaxınlaşdıqda avtomobilin daxilində üç nəfər vətəndaşın əyləşdiklərini görmüşlər. Bundan sonra polis əməkdaşları həmin vətəndaşlara özlərini təqdim etdikdən sonra onlardan şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etmələrini təələb etmişlər. Lakin həmin vətəndaşlar polis əməkdaşlarına özlərini təqdim etməyəcəklərini bildirərək nalayiq ifadələr işlətmişdilər. Polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də onlar öz hərəkətlərinə davam etmişdilər. Bundan sonra həmin vətəndaşlardan ikisini məcburi polis avtomobilinə əyləşdirdikdən sonra “Chevrolet” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili yüksək sürətlə idarə edərək həmin yerdən qaçmışdır. Bundan sonra polis əməkdaşları digər iki vətəndaşı rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində həmin vətəndaşların Şəxs və Şəxs olduqları müəyyən edilmiş və həmin şəxslərin narkotik vasitələrdən istifadə etmələrinə kifayət qədər şübhə olduğundan onlar tibbi müayinədən keçirilmişdirlər. Tibbi müayinədən sonra onlar narkotik sərxoşluğu altında olduqları müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, ara bir narkotik maddələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdığı şəxslərlə Yevlax rayonuna tanıdıqları başqa bir şəxs gilə qonaq gəlmişdilər. Onlar qonaq getdikləri evdən çıxdiqdan sonra gəldikəri avtomobildə əyləşib söhbətləşən zaman polis əməkdaşları onlara yaxınlaşıb onlardan şəxsiyyətlərini təsdiq edən sənəd soruşduqda onlar, polis əməkdaşları ilə kobud şəkildə danışmışdılar. Bundan sonra o, saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax RPŞ-nin PPX bölüyü tağım komandiri, polis leytenantı X5 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il taixdə o və polis nəfəri X1 ilə birlikdə Yevlax rayonu Yuxarı Qarxun kəndinin ərazisində xidmətdə olarkən gecə saatlarında kəndin ərazisində “Chevrolet” markalı **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaranlıq yerdə dayandığını görüb həmin avtomobilə yaxınlaşmışlar. Onlar avtomobilə yaxınlaşdıqda avtomobilin daxilində üç nəfər vətəndaşın əyləşdiklərini görmüşlər. Bundan sonra onlar həmin vətəndaşlara özlərini təqdim etdikdən sonra onlardan şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etmələrini təələb etmişlər. Lakin həmin vətəndaşlar onlara özlərini təqdim etməyəcəklərini bildirərək nalayiq ifadələr işlətmişdilər. Onlar həmin şəxsləri nizam-intizama dəvət etsələr də vətəndaşlar öz hərəkətlərinə davam etmişdilər. Bundan sonra həmin vətəndaşlardan ikisini məcburi polis avtomobilinə əyləşdirdikdən sonra “Chevrolet” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili yüksək sürətlə idarə edərək həmin yerdən qaçmışdır. Bundan sonra onlar digər iki vətəndaşı rayon polis şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində həmin vətəndaşların Şəxs və Şəxs olduqları müəyyən edilmiş və həmin şəxslərin narkotik vasitələrdən istifadə etmələrinə kifayət qədər şübhə olduğundan onlar tibbi müayinədən keçirilmişdirlər. Tibbi müayinədən sonra onlar narkotik sərxoşluğu altında olduqları müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yevlax rayon polis şöbəsinin Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı X1 şahid X2 izahatına uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 08 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə narkotik vasitə sərxoşluğu vəziyyətində polisin qanuni tələbinə tabe olmamışdır; 1045 №-li, xx.xx.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq hallarının bütün növlərinin vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs Narkotik vasitələrin təsiri halı (OPİ (+) AMP (+) marixuana, amfetamin) müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi barəsində inzibati icraat aparılan şəxsin izahatı ilə yanaşı, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı) və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin məcəllənin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 08 dekabr 2022-ci il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar