Məhkəmə qərarları › İş №3(039)-1086/2024

Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1086/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1086/2024 22.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əlizadə oğlunun sədrliyi, Mədətov Samir Yusif oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-nin Yevlax RPŞ-nin DYPB-nin nümayəndəsi X2, Yevlax Rayon Polis X9 Polis Bölməsinin xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 Rayon Polis X9 Polis Bölməsinin xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, İXM-nin 329.1-ci maddəsi ilə (Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə), təqsirli bilinərək 40 manat cərimə olunmuşdur. Lakin idarə etdiyi avtomobili kəmər ilə istifadə etdiyini, və əlavə edilən EQ-da təhlükəsizlik kəmərində istifadə etməyinə dair heç bir video və foto görüntü təqdim edilməmişdir. Qəradan şikayət verən X4 məhkəmə iclasına teleqram ünvanlayaraq məhkəmə iclasının, onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyətli orqanın nümayəndəsi X5 məhkəmə iclasına videogörüntü təqdim etmiş, və xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv olunmamasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 198.1.5-ci maddəsinə əsasən normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün inzibati işin materiallarında mövcud olan sübutları məhkəmə araşdırması zamanı müqayisəli şəkildə tədqiq edib, bu sübutlarda bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, X4 şikayət ərizəsində onun əsassız olaraq cərimə edilməsinin yolverilməz olduğunu bildirsə də, məhkəmə prosesində şikayətinin dəlillərini əsaslılığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda qeyd edilən inzibati xətanın törədilməsi iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən, inzibati qərar əsasında X3 törədilmiş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsinin qanuniliyi mübahisə doğurmur. Məhkəmə iclasında diskə baxış keçirilmiş və sürücü X3 təhlükəsizlik kəmərindən istifadə etmədiyi görülmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, X3 şikayəti təmin edilməməli, barəsində Yevlax Rayon Polis X9 Polis Bölməsinin xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Yevlax Rayon Polis X9 Polis Bölməsinin xx.xx.2023-cü il tarixdə qəbul edilmiş inzibati xəta haqqında qərarından X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar