Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1096/2022 16.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Yevlax rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərədən görünür ki, Şəxs müxtəlif vaxtlarda spirtli icki qəbul edərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus 100 manat pulu mənimsəmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati protokolu tərtib etmiş Yevlax rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs müxtəlif vaxtlarda spirtli icki qəbul edərək ictimai qaydanı kobud şəkildə pozmuşdur.Spirtli icki qəbel ederək evdə, ailə üzvlərini narahat edir,nəlayiq söyüşlərlə söyərək təhqir edir.Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus 100 manat pulu mənimsəmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, spirtli icki qəbul etdiyini,hadisə zamanı sərxoş olduğunu,özünün xəstə olduğunu bildirmişdir.X1 oğurluq etməyinin səbəbini isə şəxsi ehtiyacı üçün oğurluq etdiyini bildirmişdir Bundan sonra o, saxlanılaraq rayon polis şöbəsinə aparılmışdır. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 01 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə X2 məxsus 100 manat pulu mənimsəmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; MN seriyalı ******* nömrəli 01 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs müxtəlif vaxtlarda spirtli icki qəbel edərək ictimai qaydanı kobud şəkildə pozmuşdur. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir 314№-li, xx.xx.2022-ci il tarixli alkoqolun qəbulu və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoluna əsasən Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi barəsində inzibati icraat aparılan şəxsin izahatı ilə yanaşı, şahidin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı) və ağırlaşdıran halların olmamasını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 227-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1(bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 16 dekabr 2022-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-1096/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1096/2022
16.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver