Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-11/2024 17.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Yevlax Rayon Polis X6 Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X1 Rayon Polis X7 Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarından şikayət verərək, həmin protokolun ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, idarə etdiyi avtomobili idarə edən zaman telefonla danışmadığı halda YPX əməkdaşı ona əsassız olaraq avtomobili telefonla danışaraq idarə etdiyi üçün cərimə yazmışdır. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək, Yevlax Rayon Polis X7 Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə saat 13:14-də, Yevlax şəhəri H.Əliyev prospektində VAZ 21723 minik markal, ** GV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 manat cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək, Yevlax Rayon Polis X7 Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş orqan səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə şikayətə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraraq, şikayət vermiş şəxsi dinləyərək hesab edir ki, X3 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilməli və iş baxılması üçün yenidən, Yevlax Rayon Polis X7 Polis Bölməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan səlahiyyətli nümayəndəsi iclasına gəlmədiyindən və qeyd olunan faktları sübut edən sənədlər təqdim edilmədiyindən, işin obyektiv araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən, İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Belə ki, X3 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X2 şikayət ərizəsi qismən təmin edilməli, Yevlax Rayon Polis X7 Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalıdır və iş araşdırılması üçün yenidən Yevlax Rayon Polis X7 Polis Bölməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayət ərizəsi təmin edilməli, Yevlax Rayon Polis X7 Polis Bölməsinin xx.xx.2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunsun və iş baxılması üçün yenidən Yevlax Rayon Polis X7 Polis Bölməsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən on gün müddətində Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-11/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-11/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver