Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-110/2020 19.02.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin dövlət avtomobil müfəttişi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə , Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Yevlax Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin dövlət avtomobil müfəttişi, polis baş leytenantı X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində Yevlax rayonu Xanabad kəndində sürücülük hüququ olmadan idarə etdiyi “muravey” markalı nəqliyyat vasitəsinin idarə edərkən ehtiyyatsızlıqdan həmin nəqliyyat vasitəsini aşırmış, yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işi başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 332.4-cü maddələri ilə inzibati qaydada protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, ona məxsus “muravey” markalı nəqliyyat vasitəsi mərhum babasında ona miras qalmış və onu idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 17 radələrində həmin nəqliyyat vasitəsinin işlədiyini yoxlamaq üçün idarə edib yoxlamaq qərarına gəlmişdir. Həmin nəqliyyat vasitəsinin kuzasına küçədə dayanmış həmkəndlisi X4 əyləşmiş və saatda 30 km/ saat sürətlə idarə edərkən nəqliyyat vasitəsinin təkəri partlamış və sol tərəfə doğru yarımçıq vəziyyətdə aşmış və onlar yerə yıxılmışlar. Hadisə nəticəsində yüngül xəsarət almışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqanına geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Yevlax rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Nəcəfov Şamil Rövşən oğlunun xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, yolnəqliyyat hadisəsi zamanı “muravey” markalı nəqliyyat vasitəsində olan sərnişin X1 yüngül zərər vuran bədən xəsarətləri almış, lakin Dövlət Yol Polis Bölməsinin avtomobil müfəttişi, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş AP ******* №-li, xx xxxxxx 2020-ci il tarixli inzibatixətahaqqındaprotokolda Elsevər Əzizov zərər çəkmiş şəxs kimi qeyd olunmamış və dindirilməmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özü-özünə maddi ziyan vurması göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi: Maddə.100.1. Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: Maddə. 100.1.6. Şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; Maddə. 100.1.9. İnzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; Maddə. 109.1.6-cı Protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol natamam tərtib edildiyinə görə əlavə edilmiş sənədlərlə birlikdə Yevlax Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər Yevlax Rayon Polis Şöbəsinə qaytarılsın. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №3(039)-110/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-110/2020
19.02.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver