Məhkəmə qərarları › İş №3(039)-1101/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №3(039)-1101/2022

19.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 3(039)-1101/2022 19.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis mayoru X2, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş “cinayət işinın başlanmasının rədd edilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 18 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 yaşadığı evin həyətindən 1 ədəd samovarı oğurlamışdır. İnzibati protokolu tərtib etmiş Yevlax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 yaşadığı evin həyətindən 1 ədəd samovarı oğurlamışdır. X3 müraciəti əsasında Yevlax Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmışdır və material üzrə cinayət tərkibi olmadığınından cinayət işinin başlanmasını rədd etmiş və qərarın surəti Yevlax Rayon Polis X1 Bölməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək bildirmişdir ki, hazırda dəymiş ziyanı ödəyə bilməyəcəyini bildirərək barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında yerləşən evin həyətindən 1 ədəd samovarı oğurlanmışdır. Bununla bağlı rayon polis şöbəsinə müraciət etmişdir. Yevlax Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmışdır və material üzrə cinayət tərkibi olmadığınından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin təhqiqat orqanının qərarında ona dəymiş ziyan müvafiq rəy alınmadan 90 manat müəyyən edilmişdir ki, həmin məbləğ reallığa uyğun olmayan məbləğdir. Belə ki, bugünki 1 ədəd samovarın bazar qiyməti təxminən 150 manatdır. Bu səbəbdən də məhkəmədən qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 18 dekabr 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X3 yaşadığı evin həyətindən 1 ədəd samovarı oğurlamışdır; cinayət işinin başlanmasının rədd edilməsi barədə 26 noyabr 2022-ci il tarixli qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmaması müəyyən edildiyindən cinayət işinin başlanmasının rədd edilməsi və inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Yevlax Rayon Polis Şöbəsinə göndərilməsi qərara alınmışdır; Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqanına geri qaytarılmalıdır. Belə ki, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, xırda talama nəticəsində ona dəymiş ziyanın məbləği 150 manatdır. Lakin təhqiqat orqanı dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün müvafiq mütəxəssis rəyini əldə etməmişdir. “Cinayət işininin başlanmasının rədd edilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli qərarla və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, təhqiqat orqanının müvafiq qərarında qeyd etdiyi zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləği ilə zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatında iddia etdiyi ziyanın məbləğləri arasında ziddiyət yaranmışdır. Eyni zamanda aparılmış təhqiqat zamanı dəymiş ziyanın məbləğinin müəyyən edilməsinin hansı meyar əsasında aparıldığı anlaşılan deyildir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün müvafiq mütəxəssis rəyinin alınması zərurəti yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyri-mümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yevlax Rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar