Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1103/2024 03.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkr) X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax rayonunun Nərimanabad kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yevlax Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Məmmədov X5 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1442/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-225/2024 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1442/2023 saylı icra sənədinə münasibətdə həmin xətanı təkrar törətmişdir. Məhkəmə iclasında Yevlax rayon icra və probasiya şöbəsinin icra məmuru X6 verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 1442/2023 saylı icra vərəqəsinə əsasən 17 may 2023-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb X4 verilməlidir. Borclu Məmmədov X5 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1442/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-225/2024 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin qərar qəbul edildiyi tarixdən hazırkı vaxtadək borclu tələbkara olan borcunu ödəməmişdir. Buna görə də, barəsində hazırkı protkol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad edilən inzibati xətanı törətməkdə təqsirli bilməyərək, verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1442/2023 saylı icra vərəqəsinə əsasən 17 may 2023-cü il tarixdən başlayaraq hər ay ondan xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb X4 verilməlidir. İcra sənədi üzrə borcunu ödəyə bilmədiyinə görə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)- 225/2024 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Maddi imkanı olmadığına və səhhəti ilə əlaqədar işləyə bilmədiyinə görə hazırda da yaranmış borcunu ödəmək iqtidarında deyildir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) X8 verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1442/2023 saylı icra vərəqəsinə əsasən 17 may 2023-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb ona verilməlidir. Borclu Məmmədov X5 şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-1442/2023 saylı icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etmədiyinə görə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-225/2024 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmin qərar qəbul edildiyi tarixdən hazırkı vaxtadək borclu icra sənədi üzrə yaranmış borcunu ona (tələbkara) ödəməmişdir. Buna görə də, barəsində hazırkı protkol tərtib edilərək baxılması üçün məhkəməyə verilmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsdən şikayətçidir. İcra sənədi üzrə yaranmış 2560 (iki min beş yüz altmış) manat aliment borcunun tam şəkildə ödənilməsini tələb edir. Qeyd edilənlərin nəzərə alınaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Samid oğlunun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Samid oğlunun ona istinad olunan inzibati xətanı törətməsi icra məmurunun, zərərçəkmiş şəxsin izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilmişdir. Belə ki, işdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 1442/2023 saylı icra vərəqəsindən görünür ki, 17 may 2023-cü il tarixdən başlayaraq Şəxs xx.xx.2019-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment alınıb X4 verilməlidir. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişdən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-1442/2023 saylı icra sənədi icraata qəbul edilmiş və borcluya tələbi 10 gün müddətində könüllü icra etməsi təklif edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-225/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən bir ay müddətinədək uzadıla bilər. Borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi üzrə icraata başladıqdan sonra, icra məmuru icra sənədində göstərilmiş hərəkətlərin borclu tərəfindən könüllü icrası üçün müddət təyin edir. Belə ki, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Borclu tərəfindən müəyyən olunmuş on günlük müddət ərzində məhkəmə aktı könüllü icra olunmadıqda icra məmuru həmin Qanunun 43.1-ci maddəsində əks olunmuş borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi və ya Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa məcburi icra tədbirlərinə müraciət etməlidir. Qanunverici “İcra haqqında” Qanunun Azərbaycan Respubliksının Qanununun 82-ci maddəsində icra sənədi icra edilmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunmanın xüsusi qaydasını da müəyyən etmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respubliksının Qanununun Qanunun 82.1-ci maddəsinə görə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam təsdiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan inzibati xətanı törətməkdə təqsirli bilməməsi ilə bağlı verdiyi izahatını özünü müdafiə kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə məsuliyyət nəzərdə tutulur. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 03 oktyabr 2024-cü il tarixdən, saat 15:30dan hesablansın. Elan edilmiş qərarın surəti Şəxs təqdim edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-1103/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1103/2024
03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver