Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1106/2022 20.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Yevlax rayon X9 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis mayoru X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Yevlax rayonu Nərimanabad kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 20 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Nərimanabad kəndində küçədə X1 təhqir etmişdir. Bununla o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Yevlax rayon Polis Şöbəsinin polis sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində təcili tibbi yardım briqadası Yevlax rayonu Nərimanabad kəndinə çağırışa getmişdilər. Çağırışa gedən vaxtı kəndin ərazisində təcili tibbi yardım avtomobilində yaranan nasazlıq səbəbindən avtomobil yolda qalmışdır. Bundan sonra həmin yerə başqa avtomobil gəlmiş və həmin avtomobildə olan iki nəfər vətəndaş Şəxs və X11 həmin yerdə tibb işçilərinə qarşı “bu nə maşındı çağırışa gəlirsiniz” sözləri dedikdən sonra Anar Əliyev özünə məxsus telefon vasitəsi ilə tibb işçilərinin videosunu çəkib “tik tok” sosial şəbəkəsində paylaşacağını bildirmişdir. Bundan sonra tibb işçiləri onları çəkməməyi xahiş etdikdə həmin iki vətəndaş tibb işçilərini söyüb təhqir etmişdirlər. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək vermiş olduğu izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində həmkəndlisi X11 ilə spirtli içki qəbul etdikdən sonra özünə məxsus avtomobil ilə toy məclisindən qayıdan zaman yaşadıqları kəndin ərazisində təcili tibbi yardım avtomoilinin nasazlıq səbəbindən dayandığını görüb avtomobili saxlamışlar. Bundan sonra onlar təcili tibbi avtomobilinə yaxınlaşıb nə səbəbdən dayandıqlarını soruşmuşlar. Sürücü avtomobildə nasazlıq olduğunu bildirmişdir. Ondan sonra Anar Əliyev, niyə onların nasaz avtomoillə çağırışa getdiklərini bildirmişdir. Bundan sonra tibb işçiləri ilə aralarında sözlə mübahisələri olmuşdur və söyüşlər söymüşdür. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 çıxış edərək bildirmişdir ki, Yevlax rayon mərkəzi xəsataxanasının təcili tibbi yardım briqadasında işləyir. xx.xx.2022-ci il tarixdə o, növbətçi həkim Mehriban Verdiyeva təcili tibbi yardım avtomobili ilə sürücü Xəqani Əliyevlə birlikdə Yevlax rayonu Nərinamabad kəndinə getmişlər. Kəndin ərazisində olan zaman onların olduğu avtomobildə nasazlıq olmuşdur. Bu səbəbdən xəstə yaxınları özlərinə məxsus avtomobillə gəlib onları götürüb xəstə üstünə aparmışdırlar0 Xəstəni müayinə etdikdən sonra xəstə qohumları onları təcili tibbi yardım avtomoili olan yerə gətirmişdilər. Onlar həmin yerdə olan zaman bir ədəd Mersedes markalı avtomobil həmin yerə yaxınlaşmış və həmin avtomobilin sürücüsü və sərnişini Şəxs və X11 həmin yerdə onlara qarşı “bu nə maşındı çağırışa gəlirsiniz” sözləri dedikdən sonra Anar Əliyev özünə məxsus telefon vasitəsi ilə onların videosunu çəkib “tik tok” sosial şəbəkəsində paylaşacağını bildirmişdir. Bundan sonra onlar həmin vətəndaşları çəkməməyi xahiş etdikdə həmin iki vətəndaş xüsusi ilə də Şəxs onları söyüb təhqir etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X4 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş MN seriyalı ******* nömrəli 20 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2022ci il tarixdə saat 18:00 radələrində Yevlax rayonu Nərimanabad kəndində küçədə X1 təhqir etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hall hesab edilir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, şahidin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxslərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xəta törətmiş şəxsin sərxoş olmamasını (İXM 33.1.7) nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli 20 dekabr 2022-ci il tarixdən saat 15:10-dan hesablansın. Qərarın icrası Yevlax Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1106/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1106/2022
20.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver