Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1107/2024 07.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Şikayət vermis şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 16/1-12182 saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, 16/1-12182 inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, həmin qərara əsasən barəsində tətbiq edilmiş 600 (altı yüz) manat cərimənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 verdiyi izahatında göstərmişdir ki, oğlu Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin 03 sentyabr 2024-cü il tarixli, 16/1-121382 saylı qərarı ilə o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinərək hər biri 300 manat məbləğində olmaqla iki inzibati cərimə (cəmi 600 manat) növündə inzibati tənbeh tətbiqinə məruz qalmışdır. O, həmin qərarla razı deyildir. Həmin qərar belə əsaslandırılmışdır ki, guya ki o nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobil idarə etmişdir. Yevlax Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli 3(039)-257/2024 saylı qərarı ilə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmə hüququnun altı ay müddətinə məhdudlaşdırılması qərara alınmışdır. Lakin həmin qərarın verilməsinə əsas olan cəriməni həmin qərar qəbul edilməmişdən 2 gün əvvəl, yəni 19 may 2024-cü il tarixdə tam şəkildə ödəmişdir. Həmin cəriməni 19 may 2024-cü il tarixdə ödəməsinə baxmayaraq barəsində bundan 2 gün sonra işə baxılmış və əsassız olaraq sürücülük hüququ məhdudlaşdırılmışdır. Onun da həmin məhdudlaşdırmadan məlumatı olamamışdır. O da avtomobili idarə etdiyi üçün 2 dəfə xırda inzibati xəta törətmiş, lakin guya ki, hüququ olmadığı üçün həmin əsasla da cərimələr edilmişdir. Sonradan onun vəsatəti əsasında məhkəmə sürücülük hüququnun məhdudlaşdırılması barədə qərarı ləğv edilmişdir. Daha sonra məhkəməyə müraciət edərək həmin 300 (üç yüz) manat məbləğində cərimə olunmağına dair 2 qərarın da ləğv edilməsini xahiş etmiş və məhkəmənin müvafiq qərarları ilə həmin 300 manata dair cərimə qərarları da ləğv edilmişdir. Bundan sonar BDYPİ yenidən onu 03 sentyabr 2024-cü il tarixli qərarla əsassız olaraq cəriməetmişdir. Buna görə də, hazırkı şikayətlə məhkəməyə müracət etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan Yevlax RPŞ-nin DYPB tərəfindən verilmiş arayışdan görünür ki, X2 barəsində tərtib olunmuş EQ ********* saylı inzibati protokolun cəriməsi xx.xx.2024-cü il tarixdə tam şəkildə ödənmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli EQ/21587199 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, EQ/21653957 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-257/2024 saylı qərarından görünür ki, X1 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3 (039)- 257/2024 saylı inzibati iş üzrə qərarına xitam verilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-477/2024-cü il saylı qərardan görünür ki, həmin qərara əsasən şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/21587199 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməsi qərara alınmışdır. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-476/2024-cü il saylı qərardan görünür ki, həmin qərara əsasən şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 21653957 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN Baş DÖvlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2024-cü il tarixli, 16/1-121382 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə X2 barəsində hər biri 300 (üç yüz) manat məbləğində olmaqla iki inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 121-ci maddəsinə əsasən bu Məcəllənin 122.7, 122.8 və 124.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən çağırılması qadağandır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Həmin Məcəllənin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında protokol və ya inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2.1-125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərməlidir. SMS məlumatın nəqliyyat vasitəsinin istifadəçisinə çatdırıldığı vaxt barədə və nəqliyyat vasitəsinin istifadəçisinin bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləºdirilmiº inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxt barədə məlumatlar, həmçinin nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetinə yerləşdirilir və onun elektron ünvanına (olduğu halda) göndərilir. Həmin Məcəllənin 125.4-cü maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə çıxarılmış inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar 1 gün müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərilir. Həmin Məcəllənin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X1 ona istinad olunan Azərbaycan Respublikasının İXM-in 346.1-ci maddəsində və İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz təsdiqini tapır. Bununla belə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 03 sentyabr 2024-cü il tarixli, 16/1-121382 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilən zaman əsassız olaraq X1 barəsində hər bir inzibati xətaya görə 300 (üç yüz) manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Belə ki, iş materriallarından müəyyən edilir ki, X2 barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə cəriməni xx.xx.2024-cü il tarixdə tam şəkildə ödəmişdir. Buna baxmayaraq, səlahiyyətli orqan tərəfindən onun barəsində xx.xx.2024-cü il tarixli, EQ/21587199 saylı və xx.xx.2024-cü il tarixli, EQ/21653957 saylı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək, X2 müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1 və 327.1-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətalara görə cərimə edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-257/2024 saylı qərarı ilə X1 Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3 (039)-257/2024 saylı inzibati iş üzrə qərarına xitam verilmişdir. Atakişi Atakişiyev xx.xx.2024-cü il tarixli, EQ/21587199 saylı və xx.xx.2024-cü il tarixli, EQ/21653957 saylı inzibati tənbeh vermə haqqında qərarlar mübahisələndirmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(039)-477/2024-cü il saylı və 3(039)-476/2024-cü il saylı qərarları ilə şikayət qismən təmin edilərək, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən X1 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/21587199 saylı və xx.xx.2024-cü il tarixli, EQ/ 21653957 saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilərək, işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Lakin səlahiyyətli orqan tərəfindən Atakişi Atakişiyev tərəfindən inzibati xətalara görə müəyyən edilmiş cərimələrin həmin qərarlar qəbul edilməmişdən əvvəl ödənilməsi və onun sürücülük hüququnun məhdudlaşdırılmasına dair Yevlax Rayon Məhkəməsinin müvafiq qərarının icrasına xitam verilməsi nəzərə alınmadan onun barəsində 03 sentyabr 2024-cü il tarixli, 16/1-121382 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Səlahiyyətli orqan Atakişi Atakişiyevin barəsində qərar qəbul edən zaman müvafiq olaraq İXM-nin 346.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş cərimələri tətbiq etməli olduğu halda Azərbaycan Respublikasının İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək, hər bir inzibati xətaya görə 300 (üç yüz) manat cərimə cəzası tətbiq etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən izibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 03 sentyabr 2024-cü il tarixli,16/1-121382 saylı X2 tərəfindən verilmiş şikayətə əsasən dəyişdirilməsi haqqında qərar qəbul edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən X1 barəsində qəbul edilmiş 03 sentyabr 2024-cü il tarixli, 16/1-121382 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilsin. X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə (xx.xx.2024-cü il tarixli, EQ/21587199 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə) 20 (iyirmi) manat məbləğində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə (xx.xx.2024-cü il tarixli, EQ/21653957 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə) 40 (qırx) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şikayət qalan hissədə təmin edilməsin Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №3(039)-1107/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1107/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver