Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1108/2024 18.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Azərbaycan Respublikası Qida X1 Aran regional bölməsinin nümayəndəsi X2, qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mərkəzi Aran regional bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mərkəzi Aran regional bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X7 həmin qərardan şikayət verərək bildirmişdir ki, tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarda qeyd edilir ki, ət satışı mağazasında satılan qoyun ətinin baytarlıq damğası və sağlamlığını təsdiq edən baytarlıq sənədləri olmadığına görə 1500 manat məbləğində cərimə edilmişdir. Bu özü-özlüyündə də ədalətli deyil və absurddur. Belə ki, obyektdə Azərbaycan Respublikasının Qida X3 Aran regional bölməsinin əməkdaşları tərəfindən aparılan yoxlama, yəni baxış qanunvericiliyin müəyyən etdiyi prosedur qaydalar çərçivəsində təşkil olunmamışdır. Belə ki, Mingəçevir şəhəri M.Ə.Sabir küçəsində yerləşən ət dükanının bütün sənədləri mövcuddur və bütün icazələr alınmışdır. O, sözügedən protokolun tərtib olunmasında iştirak etməmişdir, protokol onun yanında tərtib edilməmiş və izahatı alınmamışdır. Göstərilənlərə əsasən inzibati tənbeh verilməsi haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası Qida X1 Aran regional bölməsinin nümayəndəsi X5 şikayətlə razı olmayaraq bildirdi ki, sertifikatlaşdırılmamış qida məhsullarının satışı qadağandır. İnzibati xəta törədən şəxsə bu barədə bildiriş göndərilmişdir. AQTA tərəfindən ət dükanına baxış keçirilmiş və ət satışı mağazasında satılan qoyun ətinin baytarlıq damğası və sağlamlığını təsdiq edən baytarlıq sənədləri olmadığı müəyyən edilmişdir. O, tərtib edilmiş protokolu və qərarı qanuni hesab edərək, qərarın ləğv olunması üçün heç bir əsas olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mərkəzi Aran regional bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğundan şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında işə baxılmasına dair protokoldan görünür ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 manat miqdarında cərimə edilmiş və bu barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın pozulması haqqında protokol tərtib edilmişdir. Bunda başqa iş materiallarına əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Mingəçevir şəhəri M.Ə.Sabir küçəsində yerləşən ət satış mağazası X6 məxsus VÖEN ilə fəaliyyət göstərir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, X7 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mərkəzi Aran regional bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması üçün bölməyə gəlməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası İXM-in 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, X7 barəsində İXM-nin 447.0.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat aparılarkən də hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, onun barəsində inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş (İXM maddə 100), inzibati tənbeh vermə haqqında qərar İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mərkəzi Aran regional bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №3(039)-1108/2024
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1108/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver