Azərbaycan Respublikası adından QƏRAR Yevlax Rayou İş № 3(039)-1109/2022 22.12.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, Yevlax rayon prokurorunun müavini X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdaş şəhəri Maşad küçəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanılmış və Yevlax rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Yevlax rayon prokurorluğunda tərtib olunmuş qərar baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq zamanı dindirilmiş Şəxs ifadəsində göstərmişdir ki, Yevlax şəhəri Ə.Şıxlınski küçəsində ailəsi ilə birlikdə brilikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Ağıl və şüur zəifliyindən əziyyət çəkmir və hər hansı bir ruhi əsəb dispanserində və narkoloji kabinetdə qeydiyyatı yoxdur. O, Ağdaş rayonunda qeydiyyatda olsada son iki ildir ki, Yevlax şəhərində yaşayır və Yevlax şəhərində yerləşən “TMRZ”-nin həyətində plastik sexində fəhlə işləyir. O, 25 ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana istifadə edir. O, 25 noyabr 2022-ci il tarixdə saat 19:00 radələrində Yevlax şəhəri H.Əliyev Prospektində yerləşən temerzenin həyətində olan zaman iki nəfər iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq onu saxlamış və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu deyərək onu polis şöbəsinə dəvət etmişdirlər. O, onlar ilə birlikdə Yevlax rayon polis şöbəsinə gəlmişdir. Yevlax RPŞ-də onun seçimi ilə təyin edilmiş vəkili Sevda Bəkirovanın iştirakı ilə və videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş və üzərimdən hər hansı bir şübhəli əşya və predment aşkar edilməmişdir. O, üzərinə keçirlən şəxsi axtarış zamanı yaşadığı evdə narkotik vasitə olan qurudulmuş marixuana saxlamış olduğunu etiraf etmişdir. Bundan sonra onun razılığı ilə onun yaşadığı Yevlax şəhəri Ə.Şıxlınski küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı onun yaşadığı evin ikinci mərtbəsində yerləşən yataq otağında olan divanın altında gizlətmiş olduğu 04 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş və daha sonra həmin narkotik vasitə - qurudulmuş marixuana bükümləri ilə birlikdə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün bir ədəd zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmin aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuana onun özünə məxsusdur. O, həmin aşkar edilərək götürülmüş narkotik vasitə - qurudulmuş marixuananı 2022-ci ilin noyabr ayının əvvəllərində dəqiq yadında qalmayan gündə günorta saatlarında Ağdaş rayonun Dəhnəxəlil kəndindən keçən Şirvan kanalından balıq tutan zaman orada yerdən tapmışdır.O,həmin narkotik vasitə qurudulmuş marixuananı istifadə etmək üçün yaşadığı evdə saxlamışdır.O, narkotik vasitə istifadəçisidir. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur və onun belə bir fikri, niyyəti olmamışdır. O, həmin narkotik vasitə olan qurudulmuş marixuananı tapdıqdan sonra özü bükümlərə ayırmışdır ki, gündəlik norması müəyyən olunsun və gündəlik həmin normadan artıq qəbul etməsin. O, 2022-ci ilin noyabr ayının əvvəllərində dəqiq yadında qalmayan gündə günorta saatlarında Ağdaş rayonun Dəhnəxəlil kəndindən keçən Şirvan kanalından balıq tutan zaman əldə etmiş olduğu narkotik vasitə - qurudulmuş marixuanadan heç kimə satmamış və verməmişdir. O, narkotik vasitə - qurudulmuş marixuananı əldə edən zaman təkbaşına olmuş və bu barədə heç kimə hər hansı bir məlumat verməmişdir.Əməlindən səmimi peşmacılığını bildirərək barəsində qanuna müvafiq qərarı qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Yevlax rayon prokurorunun müavini X2 çıxış edərək bildirmişdir ki, Şəxs qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarında ayrı-ayrılıqda təmiz çəkiləri 1,96 qram, 0,71 qram, 0,89 qram, 0,61 qram olmaqla ümumi təmiz çəkisi 4,17 qram miqdarında narkotik vasitə - qurudulmuş marixuananı istintaqla müəyyən olunmayan mənbədən və vaxtda əldə edib yaşadığı Yevlax şəhəri Ə.Şıxlınski küçəsində yerləşən fərdi yaşayış evində saxlamış, 25 noyabr 2022-ci tarixdə saat 19:00 dəqiqədə Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə Yevlax şəhəri H.Əliyev prospektində Yevlax rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib 25 noyabr 2022-ci il tarixdə saat 21:05-dən saat 21:35-dək olan müddətdə yaşadığı Yevlax şəhəri Ə.Şıxlınski küçəsində yerləşən fərdi yaşayış evinə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş baxış nəticəsində həmin evin ikinci mərtəbəsində yerləşən yataq otağındakı divanın altında olan kiçik qabın içərisindən qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istifadəsi üçün şəxsi istehlak miqdarında əldə edib saxladığı ayrı-ayrılıqda təmiz çəkiləri 1,96 qram, 0,71 qram, 0,89 qram, 0,61 qram olmaqla ümumi təmiz çəkisi 4,17 qram miqdarında olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub, qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində göstərilir ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma zamanı yaranır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi şəxs tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi nəticəsində yaranır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 06 dekabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Yevlax rayon prokuroru qarşısında məsələ qaldırılması qərara alınmışdır; inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 20 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi Yevlax rayon prokurorunun müavini X1 və barəsində inzibati icraat aparılan şəxsin izahatı, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini,məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respubilkası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 400 ( dörd yüz) manat məbləğində cərimə edilsin Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №3(039)-1109/2022
Yevlax Rayon Məhkəməsi Qərar — İş №3(039)-1109/2022
22.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver